• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Sabunçuda 46 kq narkotik dövriyyədən çıxarılıb
  • Hacıqabulda açıq ərazidə yanğın başlayıb
  • Niderlandın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edib
  • Sabah Bakıda 32 dərəcə isti olacaq

Pərvanə Mehmanlının “Demədimmi” kitabanın təqdimatı keçirilib-FOTOLAR

Tarix: Bu gün, 21:37 |
  • facebookta paylaş
  • Share on Google+

Şairə, yazıçı-publisist Pərvanə Mehmanlının sayca doqquzuncu kitabı işıq üzü görüb.   
AYB-nin və AJB-nin üzvü, şairə, yazıçı-publisist Pərvanə Mehmanlının yeni işıq üzü görən “Demədimmi” kitabının təqdimat mərasimi Azərbaycan Yazıçılar Birliyinin “Natavan” zalında keçirilib.
Yeniproqnoz.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirin aparıcısı Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, şair, yazıçı, jurnalist və Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü Qəşəm Nəcəfzadə qonaqları salamlayaraq Pərvanə Mehmanlının yaradıcılığı, keçdiyi çətin və keşməkeşli həyat yolu, eləcə də ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verib. O, “Demədimmi” kitabının ərsəyə gəlmə tarixi və məzmunu barədə tədbir iştirakçılarını məlumatlandırıb.
 
Qeyd edək ki, kitabın ön sözü Qəşəm Nəcəfzadə tərəfindən yazılıb. 99 səhifədən ibarət olan şeir toplusunda lirika, fəlsəfi düşüncələr, sevgi, təbiət və vətənpərvərlik mövzularında qələmə alınmış əsərlər yer alıb.
 
Tədbirdə şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, müxtəlif müəssisələrin rəhbərləri, media nümayəndələri, şair və yazıçılar, alimlər, professorlar, eləcə də Pərvanə Mehmanlının ailə üzvləri iştirak ediblər.
 
Çıxış edənlər müəllifin yaradıcılığını yüksək qiymətləndirərək ona yeni-yeni uğurlar arzulayıb, “Demədimmi” kitabının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu vurğulayıblar.
 
Sonda müəllif tədbirin təşkilində və təqdimatda iştirak edən hər kəsə təşəkkürünü bildirib, kitablarını oxucular üçün imzalayıb.




SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Pərvanə Mehmanlının “Demədimmi” kitabanın təqdimatı keçirilib-FOTOLAR

    • Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

    • Rusiya XİN: Moskva Tbilisi ilə əməkdaşlığı genişləndirməyə hazırdır

    • Sabah 33 dərəcə isti olacaq

    • Bu həblər xərçəng yaradır - Ekspertdən xəbərdarlıq

    • Dövlət başçısı Portuqaliya Prezidentini təbrik edib

    • Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

    • Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir

    • Dünya bazarlarında neft ucuzlaşıb

    • Azərbaycanda pərakədə ticarət dövriyyəsi 4%-ə yaxın artıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO