• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
  • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi
  • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb
  • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

Gənclərin ilk iş yeri: hansı ixtisaslara iş tapılır, hansılara yox?

Tarix: Dünən, 10:50 |
  • facebookta paylaş
  • Share on Google+

Ali təhsili başa vurduqdan sonra gənclərin qarşısında duran əsas suallardan biri ilk iş yerini tapmaqdır. Azərbaycanda məzunların əmək bazarına inteqrasiyası ilə bağlı statistik göstəricilər göstərir ki, ilk iş təcrübəsi əsasən özəl sektorda qazanılır. Bununla yanaşı, iqtisadiyyat, maliyyə və mühasibat kimi ixtisaslar əmək bazarında ən çox tələb görən sahələr olaraq qalır.

Modern.az-ın Dövlət Məşğulluq Agentliyindən əldə etdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən işəgötürənlərin 89 faizi qeyri-dövlət, cəmi 11 faizi isə dövlət sektoruna aiddir. Bu mənzərə məzunların iş seçimində də özünü göstərir. Muzdla işləyən məzunların 74,6 faizi özəl sektorda, 25,4 faizi isə dövlət müəssisələrində əmək fəaliyyətinə başlayır. Başqa sözlə, hər 4 gəncdən 3-ü ilk iş yerini məhz özəl şirkətlərdə tapır.

Əmək bazarında ən çox tələb olunan ixtisaslar da diqqət çəkir. Həm məzun sayına, həm də işə qəbul göstəricilərinə görə "iqtisadiyyat" ixtisası ilk yerdədir. Bu istiqamət üzrə 4303 nəfər məzun olub, onlardan 2563 nəfəri işə qəbul edilib.

İlk beşlikdə yer alan digər ixtisaslar da əsasən iqtisadi yönümlüdür. Maliyyə ixtisası üzrə 2897 məzundan 1806 nəfər, mühasibat uçotu və audit üzrə 2701 məzundan 1746 nəfər, menecment üzrə 2588 məzundan 1580 nəfər, sənayenin təşkili və idarə olunması ixtisası üzrə isə 2331 məzundan 1513 nəfər işlə təmin olunub.

Müəllimlik ixtisasları da ilk onluqda yer alsa da, iqtisadi sahələrlə müqayisədə işə qəbul göstəriciləri daha aşağıdır. Məsələn, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 2687 məzundan 1175 nəfər işə qəbul edilib. İngilis dili müəllimliyi üzrə də hər iki təhsil proqramı ilk onluqda qərarlaşıb.

Məzunların daha çox hansı sahələrdə işləməsi də maraqlı mənzərə yaradır. Statistikaya əsasən, ilk sırada bank fəaliyyəti gəlir. Bu sahədə 4007 məzun çalışır. Sonrakı yerlərdə ixtisaslaşdırılmamış mağazalarda pərakəndə ticarət (2866 nəfər), ümumi xarakterli dövlət idarəetməsi (2563 nəfər), ümumi orta təhsil (2425 nəfər), restoran xidməti (2263 nəfər), topdansatış (2245 nəfər) və ali təhsil (2101 nəfər) sahələri qərarlaşıb.

Ən çox məzun işə götürən müəssisələrə baxdıqda isə siyahıya "Araz Supermarket" MMC başçılıq edir. Şirkət 1309 məzunu işlə təmin edib. Sonrakı yerlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (1144 nəfər), Kapital Bank (1042 nəfər), DOST İş Mərkəzi (784 nəfər), ABC-Telecom (626 nəfər), McDonald's Azərbaycan (583 nəfər), OBA Market (553 nəfər), Unibank (549 nəfər), ANC Group (533 nəfər) və Azərbaycan Supermarket (518 nəfər) yer alır.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Cavanşir Feyziyev: Prezidentin Almaniya səfəri Azərbaycan-Avropa əməkdaşlığını gücləndirəcək

    • Gənclərin ilk iş yeri: hansı ixtisaslara iş tapılır, hansılara yox?

    • Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub

    • Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb - YENİLƏNİB

    • KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır

    • Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

    • 10 dəqiqəyə yuxuya gedirsinizsə, sağlamsınız

    • Kazemiro Messinin komanda yoldaşı oldu

    • Bu günün valyuta məzənnələri

    • Qızıl və gümüş ucuzlaşıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO