• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Tərtər sakini narkotik bitkilərin kultivasiyasına görə tutulub
  • Masallıda 7 kq narkotik aşkarlanıb
  • Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb
  • Sabah yağış yağacaq

Şərəf və Cəsarət Təcəssümü: 2 İyul – Azərbaycan Polisi Günü

Tarix: Bu gün, 14:59 |
  • facebookta paylaş
  • Share on Google+

Hər il iyulun 2-si ölkəmizdə Azərbaycan Polisi Günü kimi böyük qürurla qeyd olunur. Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir.
1918-ci ildə təməli qoyulan və bu günə qədər şərəfli bir inkişaf yolu keçən Azərbaycan polisi hər zaman dövlətçiliyimizin, asayişimizin və vətəndaşlarımızın təhlükəsizliyinin əsas təminatçısı olmuşdur. Cəmiyyətdə sülhün və qanunçuluğun bərqərar olması məhz bu peşə sahiblərinin gecə-gündüz bilmədən, fədakarlıqla çalışmasının nəticəsidir.
Lakin Azərbaycan polisi cəmiyyət yaddaşında yalnız asayiş keşikçisi kimi deyil, həm də Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlar kimi qalıb.
Xüsusilə vurğulamaq lazımdır ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində – Vətən müharibəsində polislərimiz mənfur düşmənə qarşı ön cəbhədə mərdliklə vuruşmuş, dastan yazmışdır.  Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. 
Ümumiyyətlə, istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılara qarşı mətinliklə döyüşüblər.
Bu gün dinc səma altında yaşamağımıza, asayişimizin təmin olunmasına görə həm də həmin cəsur polis şəhidlərimizə borcluyuq. Onlar sübut etdilər ki, Azərbaycan polisi təkcə daxili təhlükəsizliyimizin deyil, həm də dövlətimizin sərhədlərinin və suverenliyinin sarsılmaz qarantıdır.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan polisinin işini həmişə yüksək qiymətləndirmiş və ona arxa, dayaq olmuşdur. Bu diqqət və qayğını Azərbaycan polisi bu gün də Ulu Öndərin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin simasında da hiss edir. Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Azərbaycan Polisi vətəndaşların qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməkdə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməkdə davam edir.
Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm! Çətin, məsuliyyətli və şərəfli fəaliyyətinizdə hər birinizə möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
 
Azər Purqafari
İcxeberler.com saytının rəhbəri

 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Şərəf və Cəsarət Təcəssümü: 2 İyul – Azərbaycan Polisi Günü

    • Neft yenidən ucuzlaşdı

    • “Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” qrant layihəsinin bağlanış tədbiri keçirilib

    • İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

    • Türkiyədə bir gündə 20 zəlzələ baş verdi

    • Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

    • SITA: Rəqəmsallaşma itən baqajların sayını 23% azaldıb

    • Peyman Sadıqov AID GROUP-dan ayrıldı

    • Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb

    • DÇ-2026: Bombardirlər siyahısında ilk "beşlik"



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO