• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Tərtər sakini narkotik bitkilərin kultivasiyasına görə tutulub
  • Masallıda 7 kq narkotik aşkarlanıb
  • Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb
  • Sabah yağış yağacaq

“Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” qrant layihəsinin bağlanış tədbiri keçirilib

Tarix: Bu gün, 09:13 |
  • facebookta paylaş
  • Share on Google+

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi olan “Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə layihə çərçivəsində görülən işlər, əldə olunan nəticələr və müəllimlərin peşəkar inkişafına verdiyi töhfələr təqdim olunub. Layihənin sonunda görülən fəaliyyətlərin yekun qiymətləndirilməsi aparılıb və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Layihə müddətində 30 müəllim üçün 30 saatlıq nəzəri və praktiki təlim proqramı təşkil olunub. Təlimlər zamanı iştirakçılar süni intellektin əsas anlayışları, təhsildə tətbiq imkanları, etik istifadə prinsipləri, interaktiv dərslərin planlaşdırılması, rəqəmsal tədris resurslarının hazırlanması və süni intellekt alətlərindən səmərəli istifadə istiqamətində bilik və bacarıqlar əldə ediblər. Təlimlər beynəlxalq ICDL Insights Artificial Intelligence sillabusu əsasında həyata keçirilib və müəllimlərin beynəlxalq sertifikasiya imtahanına hazırlığı təmin edilib.
Bağlanış tədbirində layihə çərçivəsində əldə olunan nəticələr təqdim olunaraq vurğulanıb ki, layihə müəllimlərin rəqəmsal kompetensiyalarının inkişafına, tədris prosesində innovativ yanaşmaların tətbiqinə və süni intellekt texnologiyalarının təhsil mühitinə inteqrasiyasına mühüm töhfə verib. Eyni zamanda layihənin yekununda hazırlanacaq DATA əsaslı təhlillərin gələcəkdə bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər üçün əhəmiyyətli istinad mənbəyi olacağı qeyd edilib.
Qeyd edək ki, “Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” qrant layihəsi Vüqar Kərimov tərəfindən Bakı şəhəri 116 nömrəli tam orta ümumtəhsil məktəbində həyata keçirilib. Layihənin əsas məqsədi müəllimlərin süni intellekt alətlərindən istifadə bacarıqlarını inkişaf etdirmək, onların rəqəmsal səriştələrini beynəlxalq standartlara uyğun gücləndirmək və ICDL Insights Artificial Intelligence beynəlxalq sertifikasiya imtahanına hazırlığını təmin etmək olub.








SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Şərəf və Cəsarət Təcəssümü: 2 İyul – Azərbaycan Polisi Günü

    • Neft yenidən ucuzlaşdı

    • “Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” qrant layihəsinin bağlanış tədbiri keçirilib

    • İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

    • Türkiyədə bir gündə 20 zəlzələ baş verdi

    • Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

    • SITA: Rəqəmsallaşma itən baqajların sayını 23% azaldıb

    • Peyman Sadıqov AID GROUP-dan ayrıldı

    • Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb

    • DÇ-2026: Bombardirlər siyahısında ilk "beşlik"



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO