Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb - YENİLƏNİB
Salyan rayonunda 26 yaşlı çobanın 85 baş qoyun-quzu ilə birlikdə itkin düşməsi ilə bağlı müəyyən təfərrüatlar məlum olub.
"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, itdiyi ehtimal olunan 55 qoyun və 30 keçini özü ilə aparan çoban R.Rüstəmovun daha sonra həmin heyvanların 14-nü mənimsədiyi müəyyənləşib.
R.Rüstəmovun əvvəllər də eyni əməli törətdiyi bildirilib.
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.









