Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb
Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Xətai məhəlləsində baş verib.
Hadisə nəticəsində elektrik, 1963-cü il təvəllüdlü Tofiq Məmmədov yanıq xəsarəti alıb.
Məlumata görə, hadisə elektrik naqillərində qısaqapanma nəticəsində baş verib, anidən avtomatda partlama meydana gəlib.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.









