Azər Purqafari: "Jurnalistika- böyük cəsarət, obyektivlik, vicdan və prinsipiallıq tələb edən şərəfli bir missiyadır".
"İcxeberler.com" xəbər portalının rəhbəri Azər Purqafari 22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkənin media mənsublarını, jurnalistləri və mətbuat işçilərini təbrik edib.
Təbrikdə bildirilir ki, 1875-ci ildə maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən təməli qoyulan "Əkinçi" qəzeti ilə Azərbaycan milli mətbuatı zəngin və şərəfli bir inkişaf yolu keçib. Ötən 151 il ərzində mətbuatımız xalqımızın milli şüurunun formalaşmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında və dövlətçilik həqiqətlərinin çatdırılmasında müstəsna rol oynayıb.
Azər Purqafari müasir dövrdə jurnalistikanın cəmiyyətdəki rolunu və məsuliyyətini xüsusi vurğulayıb:
"Jurnalistika — böyük cəsarət, obyektivlik, vicdan və prinsipiallıq tələb edən şərəfli bir missiyadır. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki dövrdə cəmiyyətə dəqiq, qərəzsiz və operativ xəbər çatdırmaq hər bir media mənsubunun başlıca vəzifəsidir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük dəyərimizdir "
"İcxeberler.com" saytının rəhbəri öz təbrikində sözün gücünə inanan, qələmini həqiqətin və ədalətin xidmətinə verən bütün media əməkdaşlarına möhkəm cansağlığı, tükənməz yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.









