• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar
  • Tərtər sakini narkotik bitkilərin kultivasiyasına görə tutulub
  • Masallıda 7 kq narkotik aşkarlanıb
  • Kürdəxanıda 71 yaşlı kişi ağacdan yıxılaraq ölüb

“İstedadlar Akademiyası”nda aşıq yaradıcılığına həsr olunmuş ustad dərsi keçirilib

Tarix: Dünən, 23:01 |
  • facebookta paylaş
  • Share on Google+

"İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi növbəti uğurlu layihəsini həyata keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “İstedadlar Akademiyası” layihəsi çərçivəsində növbəti ustad dərsi aşıq yaradıcılığına həsr edilib.
Ustad dərsini peşəkar musiqiçi, Xəzər rayonu Binə qəsəbəsi 24 nömrəli 11 illik Musiqi Məktəbinin saz ixtisası üzrə müəllimi, Azərbaycan Aşıqlar Birliyinin üzvü Cavanşir Quliyev aparıb. O, öz zəngin təcrübəsini gənc saz ifaçıları ilə bölüşərək onlara aşıq sənətinin sirlərini, ifaçılıq texnikasını və bu qədim milli irsin incəliklərini öyrədib. Maraqlı və interaktiv keçən ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə gənc istedadlarla yanaşı, ictimaiyyət nümayəndələri və valideynlər də iştirak ediblər. QHT sədrləri Güllü Tomarlı və Bəsti Nəsibova ustad dərsinə qatılaraq layihəyə və gənc istedadlara dəstəklərini ifadə ediblər.
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin rəhbərliyi layihənin uğurla həyata keçirilməsi üçün yaradılan şəraitə və göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.
Eyni zamanda, tədbirin yüksək səviyyədə keçirilməsinə verdiyi töhfəyə görə ustad müəllim Cavanşir Quliyevə, dəvəti qəbul edərək tədbirdə iştirak edən QHT sədrlərinə və övladlarının milli ruhda yetişməsinə xüsusi diqqət göstərən valideynlərə təşəkkür edilib.
Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəl xanəndəlik və ifaçılıq, rəssamlıq və rəqs istiqamətləri üzrə ustad dərsləri keçirilib. Növbəti ustad dərsi 6 iyul tarixində Gədəbəy rayonunda təşkil olunacaq. Daha sonra Bakıda qiraətçilik və müxtəlif instrumental musiqi alətlərində ifaçılıq üzrə ustad dərsləri davam etdiriləcək. Layihə yekun hesabat konserti ilə başa çatacaq.
Birliyin sədri, layihə rəhbəri bildirib ki, “İstedadlar Akademiyası” layihəsinin davamlılığı təşkilatın kollektivi və könüllüləri tərəfindən təmin ediləcək. Onun sözlərinə görə, gənc istedadların üzə çıxarılması və inkişafına xidmət edən bu cür layihələrin il ərzində mütəmadi şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • “İstedadlar Akademiyası”nda aşıq yaradıcılığına həsr olunmuş ustad dərsi keçirilib

    • Şərəf və Cəsarət Təcəssümü: 2 İyul – Azərbaycan Polisi Günü

    • Neft yenidən ucuzlaşdı

    • “Süni İntellekt üzrə Beynəlxalq Sertifikasiya” qrant layihəsinin bağlanış tədbiri keçirilib

    • İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

    • Türkiyədə bir gündə 20 zəlzələ baş verdi

    • Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

    • SITA: Rəqəmsallaşma itən baqajların sayını 23% azaldıb

    • Peyman Sadıqov AID GROUP-dan ayrıldı

    • Qubada avtomobil 34 yaşlı kişini vuraraq öldürüb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO