• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Cəlilabadda qətl törədilib
  • “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
  • "Arzuların Şəhəri" Layihəsinin İştirakçıları və Könüllüləri Sertifikatlarla Təltif Olundular-FOTO
  • III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

“İstedadlar Akademiyası” layihəsi çərçivəsində xanəndəlik üzrə ustad dərsi keçirilib. FOTO+VIDEO

Tarix: Bu gün, 13:43 |
  • facebookta paylaş
  • Share on Google+

06 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi çərçivəsində gənc istedadlar üçün xanəndəlik sənəti üzrə ustad dərsi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri və layihə rəhbəri Vüsalə Qələndərli iştirakçıları salamlayaraq layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. O bildirib ki, “İstedadlar Akademiyası” layihəsi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların müxtəlif incəsənət sahələrində inkişafına dəstək göstərilməsi və milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Vüsalə Qələndərli çıxışında xüsusilə muğam və xanəndəlik sənətinin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu sənətin gənclər arasında təbliğinin və istedadlı ifaçıların yetişdirilməsinin birliyin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Ustad dərsini Respublika və beynəlxalq müsabiqələr laureatı, tanınmış xanəndə-pedaqoq Maya Cəbrayılova aparıb. Praktiki məşğələ formatında təşkil olunan dərs zamanı iştirakçılara muğam ifaçılığının incəlikləri, səsin düzgün idarə olunması, nəfəs texnikası, səhnə mədəniyyəti və peşəkar ifaçılığın əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində gənc iştirakçıların canlı ifaları dinlənilib, onlara fərdi tövsiyələr verilib, ifa zamanı yol verilən nöqsanlar izah olunaraq peşəkar inkişaf istiqamətləri göstərilib. İştirakçılar ustad dərsinin onların musiqi biliklərinin və ifaçılıq bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verdiyini bildiriblər.
Sonda qeyd olunub ki, “İstedadlar Akademiyası” layihəsi çərçivəsində müxtəlif incəsənət sahələrini əhatə edən ustad dərsləri, yaradıcılıq görüşləri və maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək. Layihənin əsas məqsədi istedadlı gənclərin aşkara çıxarılması, onların inkişafına dəstək göstərilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılmasına töhfə verməkdir. 
















SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • “İstedadlar Akademiyası” layihəsi çərçivəsində xanəndəlik üzrə ustad dərsi keçirilib. FOTO+VIDEO

    • SEVİNDİK NƏSİBOĞLUNUN “DİRÇƏLƏN XARIBÜLBÜL” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

    • ARZULARIN ŞƏHƏRİ- Sevindik Nəsiboğlu yazır ....

    • Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib

    • Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

    • Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü

    • Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb

    • Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO