• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Tarix: 3-06-2026, 11:03 |
  • facebookta paylaş
  • Share on Google+

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub.
Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, “JestPlus” tətbiqini “App Store” və “Google Play” platformalarından yükləmək mümkündür.
 Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, “Karlara Dəstək” İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, “Nar”ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, “JestPlus” layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı  praktiki tövsiyələr təqdim olunub.
“Nar” cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
 


SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO