• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Cəlilabadda qətl törədilib
  • “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
  • "Arzuların Şəhəri" Layihəsinin İştirakçıları və Könüllüləri Sertifikatlarla Təltif Olundular-FOTO
  • III Kəlağayı Festivalı Sumqayıtda keçirildi

ARZULARIN ŞƏHƏRİ- Sevindik Nəsiboğlu yazır ....

Tarix: Dünən, 13:18 |
  • facebookta paylaş
  • Share on Google+

22 may 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “WUF13 Urban Expo”dakı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda “İstedadlıları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkilatçılığı ilə “Arzuların şəhəri” adlı tədbir keçirildi. Tədbir yerli və xarici tamaşaçıların və sərgi iştirakçılarının böyük marağı ilə qarşılandı. “İstedadlıları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə xanım Qələndərli tədbiri giriş sözü ilə açaraq vurğuladı ki, bu gün müasir şəhərsalma anlayışı texniki layihələrdən daha çox, insanların xoşbəxtliyinə xidmət etməlidir. Uşaqların qorxusuz böyüdüyü, müharibə və göz yaşı olmadan yaşadığı bir dünya ən vacib şərtdir. İdeal şəhər hər bir uşağın öz istedadını sərbəst şəkildə üzə çıxara bildiyi məkandır. Belə bir təhlükəsiz və yaradıcı mühitin qurulması bəşəriyyətin ortaq hədəfidir.
Tədbirdə iştirak edən xarici qonaqlar, beynəlxalq ekspertlər çıxışlarında bu tədbirdən və ümumilikdə, paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumundan məmnunluq duyduqlarını bildirərək təəssüratlarını çatdırdılar. Onlar dünya ölkələrinin şəhərsalma təcrübələrini bölüşdükləri, dünyamızın gələcəyi ilə bağlı fikir yürütdükləri bu platformanın xalqlararası, dövlətlərarası əlaqələrin inkişafında böyük rol oynadığını, xüsusi əhəmiyyətə malik olduğunu vurğuladılar. Qonaqlar Azərbaycanın qonaqpərvərliyindən heyran qaldıqlarını, ölkəmizin zəngin mədəniyyəti, musiqisi və incəsənətinə heyran olduqlarını xüsusi qeyd edərək bildirdilər ki, Bakı təkcə müasir memarlığı ilə deyil, həm də uşaqlara və istedadların inkişafına verdiyi dəyərlə əsl "Arzuların Şəhəri" modelini nümayiş etdirir.
Azərbaycan və ingilis dilində nitqlərin, maraqlı diskussiya və ifaların olduğu tədbirdə Şuşa Dövlət Musiqili və Dram Teatrın quruluşçu baletmeysteri, Xarıbülbül rəqs qrupunun bədii rəhbəri, "Azərbaycan milli rəqsləri" kitabının müəllifi xoreoqraf, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin fəxri üzvü Amil Əhmədovun tələbəsi ilə birgə göstərdiyi rəqs nümayişi izləyicilərin böyük marağına səbəb oldu. Gənc xanəndələr Yusif Hüseynli, İlqar Bayramlı və VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizlinin ifasında muğam və estrada sənətimizin inciləri səsləndirildi.
Tədbirdə həmçinin mədəniyyət mübadiləsi çərçivəsində tədbir iştirakçıları üçün xüsusi master-klas təşkil olundu. Qabaqcıl təhsil işçisi, Azərbaycan Rəssamlar ittifaqının üzvü, Azərbaycan Dövlət Pedoqoji Kollecininin müəllimi və RM Art Studionun direktoru, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin fəxri üzvü Rəsmiyyə Mahmudovanın tələbələri ilə birgə təşkil etdiyi Master-klas zamanı qonaqlar əyləncəli anlar yaşayaraq yaradıcı proseslərlə yaxından tanış oldular.
Tədbirin sonunda xarici qonaqlara və iştirakçılara Azərbaycan mədəniyyətinin elementlərini özündə əks etdirən xüsusi xatirə hədiyyələri təqdim olundu. Qonaqlar göstərilən diqqətə və yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlıqlarını ifadə etdilər.
Tədbir zamanı “İstedadlıları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin üzvü kimi mən sədrimiz hörmətli Vüsalə xanım Qələndərlidən sonra çıxış etdim. Həm ingiliscə, həm də azərbaycanca etdiyim çıxışımın tam mətnini məqaləmin sonuna əlavə etməzdən əvvəl başda Vüsalə xanım olmaqla tədbir təşkilatçılarına, tədbirdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirir, ölkəmizin bütün şəhərlərinin “arzuların şəhəri” olmaq yolunda uğurla irəliləməsini arzu edirəm:
“Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, Sizi salamlayır və sərgimizdə iştirak etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bu gün mən sizə binalardan, yollardan və ya müasir texnologiyalardan ibarət bir şəhərdən danışmayacağam. Bu gün mən sizə dünyanın ən təmiz, lakin ən çox yaralanmış qəlblərinin – müharibə, aclıq və səfalət içində yaşayan uşaqların xəyallarındakı şəhərdən danışacağam.
Bir anlıq gözlərinizi yumun və özünüzü o uşaqların yerinə qoyun. Onların gözündə arzulanan şəhər göydələnlərlə bəzədilmiş bir metropol deyil. Onların xəyalındakı şəhər çox sadədir: göydən yerə bombanın yox, sevginin, səadətin yağdığı, küçələrindən barıt qoxusu yox, təzə gül-çiçək ətri gələn bir şəhər. O şəhərin gecələrində körpələr partlayış səslərindən diksinmir, analarının laylası ilə yuxuya gedirlər. Heç bir gecə insanları ölümə yaxınlaşdırmır, əksinə sevgi və ümid dolu səhərlərə aparır. O şəhərin küçələrində tanklar deyil, velosipedləriylə gülə-gülə oynayan uşaqlar gəzir.
Təəssüflər olsun ki, tarix boyu biz dəfələrlə belə gözəl həyatdan məhrum edilmişik. Ona görə də, bu ağrı bizə yad deyil. Vaxtilə Qarabağ müharibəsində bizim uşaqlarımız da bu əziyyəti çəkdilər. Qorxu içində keçən gecələr, didərgin düşən ailələr, nakam qalan arzular... Biz o ağrını yaddaşımızda daşıyırıq. Və bu gün eyni faciə dünyanın bir çox başqa yerlərində təkrarlanır. O yerlərdə, aclıq və dağıntılar içində yaşamağa çalışan uşaqların xəyalındakı şəhər işıqları sönməyən, evləri, pəncərələri dağılmamış, küçələrində qorxmadan oyun oynaya biləcəyi bir yerdir. Onların dilindən, dinindən, millətindən asılı olmayaraq istədikləri tək şey sülhdür. Gəlin unutmayaq ki, bir uşağın gülümsəmədiyi yer dünyanın ən gözəl şəhəri olsa belə, xarabalığa bənzəyir. Uşaqlara dağılmış divarlar yox, xəyallarını yaşada biləcəkləri təhlükəsiz bir dünya bəxş etməliyik. Unutmamalıyıq ki, bu heç də çətin bir şey deyil, bəşəriyyətin ən ali varlığı kimi biz bunu etməyə qadirik!
Diqqətinizə görə təşəkkür edir, çıxışımı bu mövzuda yazdığım iki bəndlik şeirimlə bitirirəm.
 
Bir dünya istəyirəm, hər kəs üçün bərabər,
Göyərçin yuvasıtək sevgi, səadət dolu.
Gülsün həyat eşqiylə hər bir kənd, hər bir şəhər,
Nurlansın körpələrin gələcək ömür yolu.
 
Sülh etsin, sülh içində birlik olsun ölkələr,
Analar qəm-kədərlə göz yaşını silməsin.
Sussun bütün güllələr, qoy sevinsin körpələr,
Bu həyatda sevincdən başqa heç nə bilməsin.”
 

  SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi,
AJB və AYB üzvü, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin fəxri üzvü








SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • “İstedadlar Akademiyası” layihəsi çərçivəsində xanəndəlik üzrə ustad dərsi keçirilib. FOTO+VIDEO

    • SEVİNDİK NƏSİBOĞLUNUN “DİRÇƏLƏN XARIBÜLBÜL” ADLI YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

    • ARZULARIN ŞƏHƏRİ- Sevindik Nəsiboğlu yazır ....

    • Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib

    • Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

    • Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü

    • Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb

    • Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO