• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Tarix: 17-02-2026, 22:22 |
  • facebookta paylaş
  • Share on Google+

Ruben Vardanyan 20 il müddətində azadlıqdan məhrum edildi. Erməni diasporu/lobbisi Bakıda məhkəmə qarşısına çıxarılanların azad edilməsi ilə bağlı kampaniyada üstünlüyü xüsusilə Ruben Vardanyana verir, digərlərini onun fonunda müdafiə edirdilər. Bunun səbəbi Vardanyanın pulu və nüfuzlu dostları idi. Misal üçün, USAİD-in rəhbəri, “erməni soyqırımı”nın qatı müdafiəçisi, Azərbaycana qarşı isə sərt mövqe sərgiləyən Samanta Pauerlə Vardanyan arasında isti münasibətlər olub, birincinin bu münasibətlərdən gəlir əldə etdiyi haqda məlumatlar da var. Rubenin Bakıda istintaqa Samanta Pauerlə bağlı lazımi informasiyalar verdiyi də deyilir.
Vardanyan sona qədər ümid edirdi ki, separatçılar arasında heç olmasa o, azad ediləcək, lakin nə pulu, nə də dostları onu xilas edə bildi. Onun məhkəmə qarşısına çıxarılması isə təkcə ədalətin bərpası yox, həm də beynəlxalq cinayətin qarşısının alınması, eyni zamanda, Ermənistan siyasətinə yön vermək demək idi. Onun Qarabağa gəlişinin hədəflərinə baxdıqda bunu anlamaq olur.
Vardanyan Qarabağa çirkli pulların yuyulmasını davam etdirə bilmək və Qərb sanksiyalarından yayınmaq məqsədilə gəlmişdi. Onun “Troyka dialoq” bankı uzun illər çirkli pulların yuyulma platforması kimi istifadə olunub. İşğal dövründə Qarabağa “xeyriyyə” məqsədilə yatırdığı “investisiya”lar da əslində çirkli pulların yuyulması idi. “Forbes”in məlumatına görə, Ruben 2001-2023-cü illər ərzində Ermənistan və Qarabağa 700 milyon dollardan çox “sərmayə” qoyub, təkcə 2022-ci ildə - Xankəndiyə gəlişi zamanı 900 min dollar pul xərcləyib.
Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyaların hədəfinə çevrilən Vardanyan Qarabağa qaçmaqla günahını siyasi vitrinə çıxmaqla təmizləməyi də düşünürdü. Hesab edirdi ki, Qarabağda xərclədiyi pullar Qərbdə separatçıları dəstəkləyənlər tərəfindən alqışla qarşılanacaq, o cümlədən, Rusiyanın etimadını doğruldacaq. Əslində, buna müəyyən qədər nail oldu da. Və Xankəndidə “xilaskar” obrazının yaradılması fonunda Ermənistan siyasətinə qoşulmaq gedişləri də etdi. Bu, Kremlin mətbəxində hazırlanmış ssenari idi. Separatçıları qorumağa çalışan Rusiya əlavə pul xərcləməmək üçün Vardanyanın maliyyəsindən istifadə etdi. Xankəndidə plan baş tutmayacağı təqdirdə, Ruben İrəvana “artsaxın qəhrəmanı” kimi gedəcək, “oliqarx siyasətçi” kimi Paşinyana qarşı siyasi mübarizənin liderinə çevriləcəkdi.
Bu baxımdan, Rubenin Xankəndidən İrəvana gedərkən, Laçın postunda həbs edilməsi və nəhayət, məhkəmə hökmü ilə cəzalandırılması Bakının regional prosesləri nəzarətdə saxladığı və hadisələrin inkişafına yön verməsi kimi də qiymətləndirilə bilər.
Axar.az

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO