• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

“Turan ideologiyasının təbliğat kampaniyasında gənclərin rolu” adlı elmi konfrans keçirildi

Tarix: 27-11-2025, 16:10 |
  • facebookta paylaş
  • Share on Google+

Beynəlxalq Turan Dövlətləri Təşkilatının Azərbaycan təmsilçiliyinin rəhbərliyi və L.S Akademiyasının rəhbəri Lalə Şirinzadənin təşkilatçılığı ilə Turan ideologiyasına həsr olunmuş geniş tərkibli elmi konfrans keçirilib. Tədbirdə gənclər təşkilatları, ictimai xadimlər, tələbə birliklərinin nümayəndələri və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edib.
Konfrans Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcısı ölkənin müstəqilliyi naminə canından keçən şəhidlərin Turan ideologiyasının əsas dayaqlarından biri olan milli birlik anlayışındakı xüsusi rolunu vurğulayıb.
Tədbirin açılış nitqi ilə L.S Akademiyasının rəhbəri, təşkilatçı Lalə Şirinzadə çıxış edib. O layihənin əsas məqsəd və hədəfləri barədə gənclərə ətraflı məlumat verib.
Daha sonra Beynəlxalq Turan Dövlətləri Təşkilatının Azərbaycan Təmsilçiliyinin rəhbəri Orxan Şahbazov çıxış edib. O, Turan ideologiyasının tarixi kökləri, bu gün Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi, gənclərin ideoloji hazırlığı və milli düşüncə tərzinin formalaşdırılmasında təbliğatın vacibliyi barədə ətraflı məlumat verib.
Orxan Şahbazov həmçinin bildirib ki, təşkilatın həyata keçirdiyi layihələrin əsas məqsədi gəncləri bir araya gətirmək, onları Turan Birliyi ideyasının aktiv daşıyıcılarına çevirmək və gələcək nəsillərin məlumatlı şəkildə bu ideologiyanı davam etdirməsini təmin etməkdir.
Daha sonra tədbirdə müxtəlif sahələr üzrə ekspertlər spiker qismində çıxış ediblər:
Fərid Mustafayev – Gənclərin müasir informasiya mühitində rolundan, Turan ideologiyasının sosial şəbəkələrdə təbliğinin yeni metodlarından danışıb. O, gənclərin maarifləndirilməsində rəqəmsal mədəniyyətin əhəmiyyətini vurğulayıb.
Metin Yücel – Türk dünyasında ideoloji birlik, regional əlaqələrin inkişafı və birgə elmi-mədəni layihələrin vacibliyi barədə təqdimat edib. O, Türk dövlətləri arasında əməkdaşlığın gələcək perspektivlərini xüsusi olaraq diqqətə çatdırıb.
Sübhan Talıblı – Gənclərin fəallığının artırılması, onların debat, tədbir və layihələrdə iştirakı üçün yaradılan imkanlar haqqında geniş təqdimatla çıxış edib. Sübhan Talıblı gənclərin ictimai proseslərə qatılmasının Turan ideologiyasının inkişafında mühüm yer tutduğunu qeyd edib.
Konfrans çərçivəsində Turan ideologiyasının təbliğində fəal iştirak edən, müxtəlif layihələrdə xüsusi fəallıq göstərən gənclərə təşkilat tərəfindən diplomlar təqdim olunub. Diplomlar onların gələcək ideoloji fəaliyyətlərinə motivasiya məqsədi daşıyır.
Tədbirin sonunda geniş sual-cavab sessiyası keçirilib. Gənclər spikerlərə ideologiya, regional əməkdaşlıq, gənclər siyasəti, media təbliğatı və digər mövzular üzrə çoxsaylı suallar ünvanlayıblar. Sessiya qarşılıqlı müzakirə şəraitində, yüksək maraqla keçib.
Konfransın yekununda təşkilat rəhbərliyi gələcək aylarda Turan ideologiyasının təbliği ilə bağlı yeni layihələrin, təlimlərin və seminarların keçiriləcəyini vurğulayıb.


SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO