• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

“Xankəndidə keçirilən QHT Forumu milli birlik və yenidənqurma ruhunu əks etdirdi”

Tarix: 21-10-2025, 16:35 |
  • facebookta paylaş
  • Share on Google+

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində Xankəndində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu ölkəmizin ictimai həyatında mühüm dönüş nöqtələrindən biri oldu. Uzun illərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda QHT-lərin toplanması, sanki tarixin bir səhifəsini yenidən yazmaq idi – bu dəfə  həmrəylik və milli birlik üzərində.

Forum öncəsi  Xocalıda ağacəkmə aksiyası keçirildi. Keçmişin ağrıları ilə axan göz yaşlarımızı günümüzün xoşbəxtlik günəşi qurutdu.  Orada əkilən hər bir ağac sanki şəhidlərimizin ruhuna salam, bu torpaqlarda yenidən başlayan həyata isə ümid idi. 

Qarabağ Universitetində Elm və Ruhun Qovuşduğu Məkan
Forum iştirakçıları üçün növbəti dayanacaq Qarabağ Universiteti oldu. Yeni təhsil ocağında gördüyümüz müasir yanaşmalar, yaradıcı mühit və gənclərin enerjisi bizdə dərin təsir buraxdı. Qarabağ Universiteti — azadlıqdan doğan elmin rəmzidir. Bu universitetin divarları arasında gələcəyin alimləri, müəllimləri, mühəndisləri yetişəcək. Biz inanırıq ki, bu təhsil ocağı Qarabağın dirçəlişinin beyin mərkəzinə çevriləcək.
Xankəndidə QHT-lərin səsi

Forum, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən ictimai təşkilatların təcrübə mübadiləsi, birgə fəaliyyət və strateji əməkdaşlıq imkanlarını müzakirə etmək üçün geniş platforma yaratdı. Tədbir zamanı keçirilən “Dünyaya açılmış Azərbaycan QHT-ləri: Təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsi  isə xüsusi maraq doğurdu. Bu paneldə qeyd olundu ki, Azərbaycan QHT-ləri artıq lokal deyil, beynəlxalq arenada da öz sözünü deyir.
Təklənmək, yaxud haqlı mövqeyimizi tək başına müdafiə etmək dövrü arxada qalır. Bu gün QHT-lər birləşərək, ortaq hədəflər uğrunda koordinasiyalı fəaliyyət göstərməklə həm dünyaya səsimizi çatdırır, həm də milli mövqeyimizi gücləndirir.

Vətəndaş Cəmiyyətinin Gücü
Xankəndində baş tutan bu forum bir daha sübut etdi ki, Azərbaycanın suverenliyini qorumaq və möhkəmləndirmək təkcə dövlətin deyil, vətəndaş cəmiyyətinin də borcudur.
QHT-lər milli maraqların müdafiəsində, ictimai şüurun formalaşmasında, gənclərin və qadınların inkişafında mühüm rol oynayır. Xankəndindəki forum, Qarabağ Universitetindəki görüş və Xocalıdakı ağacəkmə aksiyası — Azərbaycanın gələcəyinin bir bütöv mənzərəsidir. Bu birlik Azərbaycanın sabahı, Qarabağın gələcəyi və cəmiyyətin inkişafı üçün möhkəm təməl yaradır. 
Vüsalə Qələndərli 
“İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin sədri









SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO