• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

"Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tarix: 6-10-2025, 17:10 |
  • facebookta paylaş
  • Share on Google+

“Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Azərbaycan Tibb Universiteti və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə 4 oktyabr 2025-ci il tarixində “Uşaqlarda reproduktiv sistemin patologiyalarına və cinsi anomaliyalara multidissiplinar yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Vətənə sədaqət və milli dəyərlərə hörmət ruhunda başlayıb. Konfransdan öncə qısa konsert proqramı təqdim olunub, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənpərvərlik ruhunu əks etdirən videoçarx nümayiş olunub.
Açılış mərasimində Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, Azərbaycan Tibb Universitetinin professoru, t.e.d. Məlahət Sultan, Uşaq Cərrahları Assosiasiyasının sədri professor Ramiz Poluxov və ETPİ-nin direktoru dosent Aynur Poluxova çıxış edərək uşaqlarda reproduktiv sağlamlığa kompleks yanaşmanın əhəmiyyətini vurğulayıblar.

Tədbirin əsas məqsədi uşaqlarda reproduktiv sistem pozuntularının və cinsi inkişafla bağlı anomaliyaların diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın vacibliyini vurğulamaq, bu sahədə mütəxəssislər arasında əməkdaşlığı gücləndirmək olub.
Konfrans çərçivəsində iki əsas panel sessiyası keçirilib.
Pediatrik endokrinologiya panelində 5 həkim mütəxəssis  uşaqlarda yaş dövrlərindən asılı olaraq cinsi inkişafın xüsusiyyətləri, adrenogenital sistem pozğunluqları zamanı pediatrın yanaşması, vaxtından əvvəl cinsi yetişkənlik, anadangəlmə adrenal hiperplaziya və mozaik Terner sindromu, eləcə də erkən cinsi inkişaf zamanı final boy proqnozuna müasir yanaşmalar kimi aktual mövzularda elmi çıxışlar ediblər. Panelə professor Nailə Sultanova, professor Rəqsanə Məmmədova və dosent Gündüz Əhmədov moderatorluq ediblər.
Cərrahi panel çərçivəsində isə 5 həkim mütəxəssis uşaqlarda reproduktiv sistemin patologiyalarının və cinsi inkişaf anomaliyalarının diaqnostika və müalicəsində laparoskopiyanın rolu, böyrəküstü vəzin hiperplaziyası zamanı feminizasiyaedici cərrahiyyənin xüsusiyyətləri, xaya burulmaları zamanı diaqnostika və cərrahi taktikanın bəzi aspektləri, kriptorxizmin diaqnostikası və müalicəsi, eləcə də hipospadiyaların müasir müalicə üsulları kimi klinik əhəmiyyətli mövzularda təqdimatlar ediblər. Panelin moderatorları professor Ramiz Poluxov, professor Rauf Bəylərov və dr. Umud Musayev olmuşdur.
Konfrans iştirakçıları tərəfindən təqdim olunan elmi çıxışlar və praktik nümunələr böyük maraqla qarşılanıb. Ümumilikdə 250 nəfərin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılar belə toplantıların davamlı təşkilinin elmi biliklərin artırılması və klinik praktikada tətbiqi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.





















SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO