• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Təhlükəsizlik Komitəsi: Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır

Tarix: 7-05-2025, 13:19 |
  • facebookta paylaş
  • Share on Google+

“Biz beynəlxalq ictimaiyyəti Hindistanın əsassız qanunsuz hərəkətlərinin ciddiliyini tanımağa çağırırıq”.

APA xəbər verir ki, bu barədə Pakistan Milli Təhlükəsizlik Komitəsinin bəyanatında qeyd edilib.

Bildirilib ki, Hindistanın zərbələrindən sonra Pakistan silahlı qüvvələrinə müvafiq tədbirlər görmək səlahiyyəti verilib.

Pakistanın Milli Təhlükəsizlik Komitəsi Hindistanın torpaqlarında terror düşərgələrinin olması ilə bağlı iddiasını qəti şəkildə rədd etdiyini açıqlayıb.

“BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız Pakistanlıların həyatını itirməsi və suverenliyinin açıq şəkildə pozulmasına görə qisas almaq üçün özünümüdafiə məqsədilə seçdiyi vaxtda cavab vermək hüququnu özündə saxlayır. Pakistanın Təhlükəsizlik Qüvvələrinə bununla bağlı müvafiq tədbirlər görmək səlahiyyəti verilib”, - bəyanatda qeyd edilib.

Hindistanın hücumunun uçuşlar üçün böyük təhlükə yaratdığı və minlərlə insanın həyatını riskə atdığı bildirilib.

Vurğulanıb ki, dünya Hindistanı zərbələrinə görə məsuliyyətə cəlb etməlidir.

Pakistan Hindistanı hücumda Neelum-Jhelum su elektrik layihəsini qəsdən hədəf almaqda ittiham edib.

“Hindistan bölgədə yanğını alovlandırıb və bunun nəticələrinə görə yalnız məsuliyyət daşıyacaq’, - Pakistan Təhlükəsizlik Komitəsi bildirib.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Komitəsinin iclası keçirilib.

Ötən gecə Hindistan “Sindoor əməliyyatı” adlı yeni hərbi əməliyyata başladığını açıqlayıb. Pakistan Hindistanın üç fərqli bölgədən raket hücumu etdiyini açıqlayıb. Hindistanın Pakistana zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb, 46 nəfər yaralanıb.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO