• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Jurnalistlər mükafatlandırılacaq, yeni təqaüdlər təyin olunacaq - AÇIQLAMA

Tarix: 7-05-2025, 13:18 |
  • facebookta paylaş
  • Share on Google+

Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək.

Mətbuat Şurasının sədri Rəşad Məcid Modern.az-a müsahibəsində bildirib ki, medianın 150 illiyinin qeyd edilməsi ilə bağlı bu qurumun İdarə Heyətində artıq bir müzakirə keçirilib:

"Yəqin ki, bir neçə dəfə də müzakirələrimiz olacaq və Medianın İnkişafı Agentliyi ilə birlikdə müəyyən təkliflər hazırlayacağıq. Bu sahədə ideya verənlər çoxdur, amma mənim əsas təklifim mətbuatla bağlı muzeyin yaradılması olub. Keçən il Türkiyəyə səfərimiz zamanı Elazığın Xarput şəhərində mətbuat muzeyinin olduğunu gördük, bir neçə il əvvəl yaradılmış muzeyi gəzdik. Düzü, heyrət etdim, bildirdilər ki, bu Türkiyədə 6-cı belə muzeydir. Bununla bağlı təkliflərimi yazmışam",- deyə o, vurğulayıb. 

Rəşad Məcid onu da qeyd edib ki, Şuranın İdarə Heyətinin üzvləri bir sıra başqa təkliflər də irəli sürüblər:

“Eləcə də jurnalistlərə subsidiyaların verilməsi, media subyektlərinin sosial ödəmələri ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, jurnalistlər az maaş aldığı kimi, təqaüdə çıxanda da pensiyaları çox aşağı olur. Cənab Prezidentin 2007-ci ildə imzaladığı sərəncama görə, gənc və yaşlı yazıçı, bəstəkar, rəssamlara birillik təqaüdlərin verilməsi təmin olunub. Mətbuat Şurasının İdarə Heyətinin bir neçə üzvü müraciət edib ki, hökumət qarşısında belə məsələləri qaldıraq və Azərbaycanın ahıl jurnalistlərinə də ayrıca təqaüd ayrılsın”. 

“Təltiflərlə bağlı da çox böyük arzular var. Düzdür, biz hesab edirik ki, 150 illiklə bağlı medalı əksəriyyətə vermək lazımdır, amma eyni zamanda, xidməti olan jurnalistlərin də mükafatlandırılması bizim arzumuzdur”- deyə sonda R.Məcid qeyd edib. 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO