• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya layihəsinin açılışı təntənə ilə keçirildi!

Tarix: 13-12-2024, 10:30 |
  • facebookta paylaş
  • Share on Google+

Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya layihəsinin açılışı təntənə ilə keçirildi!
1 oktyabr 2024-cü il tarixində Yevlax şəhər 3 nömrəli tam orta məktəbində Təhsil və Elm Nazirliyinin dəstəyi ilə "Rəqəmsal Savadlılıq üzrə Beynəlxalq Sertifikasiya" layihəsinin açılış tədbiri keçirildi. Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsinin qalibi seçilmişdir.

Açılış mərasimində Yevlax şəhəri üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, Təhsil Sektorunun əməkdaşları Sabir Alıyev və Mirtaleh İsmayılzadə, məktəbin direktoru Şəhla Nağıyeva, təlimçi Telli Kərimxanova, məktəbin pedaqoji və inzibati heyəti iştirak etdilər. Tədbir zamanı layihənin məqsədi və əhəmiyyəti barədə çıxışlar edildi.
Namidə Abbasova çıxışında rəqəmsal transformasiyanın təhsildə innovasiyaların tətbiqi üçün böyük potensiala malik olduğunu vurğuladı. Məktəbin direktoru Şəhla Nağıyeva isə layihənin pedaqoji heyətin bilik və bacarıqlarının artırılmasında önəmli bir addım olduğunu qeyd etdi. Təlimçi Telli Kərimxanova isə layihənin təlim və beynəlxalq sertifikasiya mərhələləri haqqında ətraflı məlumat verdi.
Layihənin məqsədi: Layihə çərçivəsində məktəbin pedaqoji heyətindən 30 nəfərin rəqəmsal bacarıqlarını artırmaq, beynəlxalq səviyyədə tanınan “ICDL – Kompüter və Onlayn Əsaslar” sertifikasiyasına hazırlıq keçmək və həmin sertifikatı almaq üçün imtahanda iştiraklarını təmin etmək nəzərdə tutulur. Layihə müasir təhsil standartlarına uyğun rəqəmsal savadlılığın artırılmasına və təhsil sahəsində yeni yanaşmaların tətbiqinə yönəlmişdir.
Layihə çərçivəsində görüləcək işlər:
"ICDL – Kompüter və Onlayn Əsaslar" təlim məzmununun Azərbaycan dilinə tərcüməsi;
30 saatlıq təlim proqramının hazırlanması və icrası;
Müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığı;

Təlimdən keçən müəllimlərin imtahanda iştirakının təmin edilməsi.
Tədbirin əhəmiyyəti: Layihə çərçivəsində keçirilən fəaliyyətlər nəticəsində müəllimlərin rəqəmsal bilik və bacarıqları artırılacaq, bu isə onların tədris prosesində texnologiyalardan daha effektiv istifadə etməsinə imkan verəcək. Layihə təhsilalanların inkişafına da birbaşa təsir edərək onların rəqəmsal dünyaya daha yaxşı hazırlaşmasını təmin edəcək.
Tədbirin sonunda iştirakçılar layihənin əhəmiyyəti barədə fikir mübadiləsi apardılar və belə təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğuladılar.
Layihənin növbəti mərhələləri və təlimlərin gedişatı ilə bağlı yenilikləri sosial media hesablarımızdan izləyə bilərsiniz! 
 
 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO