• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Bu qidalar sizi tez qocaldır

Tarix: 5-09-2024, 09:26 |
  • facebookta paylaş
  • Share on Google+

İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Əksər insanlar isə qocalmağı gecikdirmək və daha gənc görünmək üçün əllərindən gələni edirlər. Yaşlanmanın qarşısını aldığı deyilən məhsullar, cavanlaşmaq üçün edilən müxtəlif prosedurlar... Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Düzgün şəkildə qidalanaraq, müəyyən qidaları qəbul etməməyə diqqət edərək daha gənc görünmək mümkündür.
“Qafqazinfo” xarici mətbuata istinadən dərini yaşlandıran bəzi qidaları təqdim edirik:
1. Həddindən artıq fast-food və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
2. Pendir, kolbasa, cips, kraker kimi məşhur qidalar böyük miqdarda duz ehtiva edir. Həddindən artıq duz istehlakı da bədəninizin susuzlaşmasına səbəb olur. Bu, dərinizin qırışmasına və daha tez qocalmağınıza gətirib çıxarır.
3. Qədərindən artıq şəkər istehlakı bədəninizdə qlikasiya adlanan prosesi sürətləndirir. Bu da dərinizi möhkəm saxlayan və qırışlardan qoruyan kollageni zədələyir. 
4. Alkoqol susuzluğa, yəni su itkisinə səbəb olur. Buna görə də həddindən artıq miqdarda spirt istehlakı qocalmanı sürətləndirir. Bundan başqa alkoqol istehlakı, müxtəlif orqanlara təsir etməklə yanaşı, hüceyrələri zədələyən və dərinin qocalmasına səbəb olan sərbəst radikalların meydana gəlməsini təşviq edir. 
5. Acı və ədviyyatlı qidalar qan damarlarınızı genişləndirdiyi üçün dəridə xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da dərinizin qızarması, ləkələnməsi və tez qocalması ilə nəticələnir. Ara-sıra ədviyyatlı qidalar qəbul etmək olar, lakin bu cür qidaların tez-tez istifadəsi dərinizdə qabarcıqlara və qalıcı qızartılara səbəb ola bilər.
6. Trans yağ həm ürəyin, həm də dərinin ən böyük düşmənidir. Qızardılmış qidaların, fast-foodların, konservlərin tərkibində trans yağ var və bu da dəri sağlamlığına zərər verir. Trans yağların qəbulu dəridə qırışlar yaradır və vaxtından əvvəl qocaldır.
7. Qazlı içkilər çox vaxt şəkərlə zəngin olur, bu da qan şəkərinin səviyyəsini artırır. Yüksək qan şəkəri zamanla diabetə səbəb olur. Elmi araşdırmalar şəkərli içkilərin qocalmanı sürətləndirə biləcəyini göstərir.
Sağlam bir dəriyə sahib olmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etməyə diqqət edin. Dərinin çoxlu vitaminlərə ehtiyacı var. A, C, E və kimi vitaminlər dəri sağlamlığını qoruyur. Dərinin sağlamlığını qorumaq üçün vücudunuzun hər gün ehtiyac duyduğu qədər su içməyi unutmayın. Su dəri üçün böyük nəm mənbəyidir. Hər gün 8-10 stəkan su içməklə dəri sağlamlığınızı qoruya bilərsiniz.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO