• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Tibb işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirildi

Tarix: 12-06-2024, 10:41 |
  • facebookta paylaş
  • Share on Google+

Yasamal rayonunda 17 İyun -Tibb işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
İcxeberler.com xəbər verir ki, Səhiyyə Nazirliyi Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tərəfindən Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “17 İyun -Tibb işçilərinin peşə bayramı gününə həsr olunan tədbirdə nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) direktoru, t.ü.f.d.,dos.Aynur Poluxova iştirak edib.
Tədbirin rəsmi hissəsindən əvvəl Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 17 İyun -Tibb işçilərinin peşə bayramı gününə həsr olunan videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verib, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradılıb, beynəlxalq əlaqələr genişləndirilib. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov ki, hər il 17 iyun tarixində Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının ulu öndər Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Tədbir Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri Fazil Abbasov və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Nərgiz Məmmədovanın çıxışları ilə davam edib. Çıxışlarda ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlardan və bu uğurların əldə olunmasında ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətlərindən bəhs edilib.
Çıxışlardan sonra bir qrup səhiyyə sahəsində çalışan həkimlərə fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.
ETPİ-nin direktoru, t.ü.f.d.,dos. Aynur Poluxova Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun 11 iyun 2024-cü il tarixli sərəncamına əsasən Rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 17 iyun-Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə fəxri fərmanla təltif olunub.



SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO