• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalının mətbuat konfransı keçirilib

Tarix: 21-05-2024, 12:05 |
  • facebookta paylaş
  • Share on Google+

Mayın 20-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə TÜRKSOY II Beynəlxalq Tələbə Tamaşaları Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransa TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru, prfessor Erhan Özdən, Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov, Qazaxıstan T.Jurgenov adına Qazax Milli Rəssamlıq Akademiyasının rektoru Arman Zhudebaev və Qırğız Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tumonbəy Koldoşov qatılıblar. Mətbuat konfransında TÜRKSOY-un teatr sahəsindəki önəmli fəaliyyətini vurğulayan S.Rayev “Türk dünyası Sənət Universitetləri Birliyi”nin qurulmasının, eləcə də keçirilən festivalın məqsədinin gənclərə dəstək vermək olduğunu diqqətə çatdırıb, bu cür tədbirlərin gənclər arasında əlaqələrin intensivləşməsinə töhfə verdiyini qeyd edib. Birliyin cəmi 2 il öncə yaradılmağına baxmayaraq, çox önəmli layihələrə imza atdığını deyən Baş katib növbəti gün keçiriləcək rektorlar görüşündə tələbələr üçün təqaüd proqramları, tələbə və müəllim mübadiləsi, təcrübə proqramları kimi məsələlərin dəyərləndiriləcəyini nəzərə çatdırıb. Verilən suala cavab olaraq TÜRKSOY-un baş katibi Sultan Rayev Qarabağ və Şuşa ilə bağlı da rəhbəri olduğu təşkilatın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə çox önəmli layihələr, tədbirlər həyata keçirdiyini nəzərə çatdırıb. Deyib ki, Azərbaycanın mədəniyyət beşiyi Şuşa hər zaman TÜRKSOY üçün ön planda olacaq və Türk dünyasının görüş yeri kimi qalacaq. ADMİU-nun rektoru, professor Ceyran Mahmudova universitetin keçirdiyi önəmli tədbirlərdən və layihələrdən bəhs edib. Qeyd edib ki, “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı universitet üçün böyük əhəmiyyət kəsb edir. Konfransda rektorlar ölkələri və rəhbərlik etdikləri universitetlərlə bağlı verilən sualları cavablandırıblar.








SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO