• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb
  • Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...
  • Arda məğlubiyyətdən danışdı: Nəticə çıxaracağıq
  • Avropa Kuboku: Azərbaycan millisi finala yüksəldi

Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb

Tarix: Bu gün, 19:44 |
  • facebookta paylaş
  • Share on Google+

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Koreya Respublikasının xarici işlər nazirinin müavini Çonq Eui-haenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-Koreya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal inkişaf, təhsil, nəqliyyat, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasını məmnunluqla qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin, eləcə də ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas regional nəqliyyat və logistika marşrutlarında oynadığı rolun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını vurğulayıb. Bu çərçivədə Orta Dəhlizin əhəmiyyəti, tranzit və bağlantı imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Nazir Ceyhun Bayramov bu il Azərbaycanın sədrliyi çərçivəsində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitinin dialoq və etimadın möhkəmləndirilməsinə yönəlmiş birgə səylərə töhfə verdiyini qeyd edib.
Tərəflər rəqəmsal transformasiya, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə layihələrin əhəmiyyətini qeyd ediblər. Təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslərin perspektivləri nəzərdən keçirilib. Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğu bildirilib.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq məsələləri, xüsusilə enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və yaşıl keçid istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin bu yaxınlarda Koreya Respublikasının bütün növ pasport sahibləri üçün vizadan azadolma rejiminin tətbiq edilməsi qərarı barədə məlumat verdi. Tərəflər belə bir addımın turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsinə, habelə xalqlarımız arasında təmasların artmasına mühüm töhfə verəcəyini vurğulayıb.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər, habelə regionda davamlı sülh və sabitliyin təmin olunması üzrə mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Bununla yanaşı, tərəflər Vaşinqtonda keçirilmiş tarixi sammitin regional əməkdaşlığın təşviqi baxımından əhəmiyyətini qeyd edib, sammit çərçivəsində əldə olunmuş nəticələrin yeni imkanlar yaratdığını vurğulayıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Koreya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Çonq Eui-hae başçılıq edib.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • "Qarabağ" daha bir transferi rəsmən açıqladı

    • Sabah 36 dərəcə isti olacaq

    • Nyu-York birjasında təbii qaz bahalaşıb

    • Azərbaycan neftinin qiyməti 83 dollara yaxın olub

    • Rəqəmsal səyyahlara vergi güzəştləri olacaq

    • Oman Sultanı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

    • Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək

    • Ceyhun Bayramov Koreya xarici işlər nazirinin müavini ilə görüşüb

    • Ağdərədə yol qəzasında 3 nəfər xəsarət alıb

    • Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO