• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
  • Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
  • Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb
  • DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi

Arda məğlubiyyətdən danışdı: Nəticə çıxaracağıq

Tarix: Bu gün, 19:53 |
  • facebookta paylaş
  • Share on Google+

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda komandasının Avstraliya yığmasına 2:0 hesabı ilə məğlub olduğu oyunla bağlı fikirlərini bölüşüb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində fəaliyyət göstərən "Rising Stars XI" hesabına açıqlamasında danışıb.
"İlk növbədə Avstraliya yığmasını təbrik edirəm. Onlar yaranan imkanlardan istifadə etdilər, biz isə bunu bacarmadıq.
Lakin səmimi desəm, bəzi qərarlarla barışmaq çətindir. Elə epizodlar oldu ki, bir çoxumuz topun əllə oynanılması ilə bağlı qayda pozuntusunun qeydə alınmalı olduğunu düşünürdük, amma oyun davam etdirildi. Mən demirəm ki, məğlubiyyətimizin yeganə səbəbi budur, lakin belə məqamlar qarşılaşmanın gedişatına təsir göstərə bilər.
Baş hakim vəziyyəti fərqli qiymətləndirdi və biz onun qərarı ilə razılaşmasaq da, buna hörmət etməliyik. Sonda isə günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Komanda kifayət qədər qol vəziyyəti yarada bilmədi, müdafiədə də istənilən səviyyədə çıxış etmədi və Avstraliya bundan maksimum yararlandı.
Azarkeşlərin məyus olmağa tam haqqı var. Biz də çox məyusuq. Bu məğlubiyyətdən nəticə çıxaracağıq, daha güclü qayıdacağıq və bu nəticənin turnirdəki taleyimizi müəyyənləşdirməsinə imkan verməyəcəyik", - Gülər bildirib.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

    • Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib

    • Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

    • Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

    • Hikmət Hacıyev Ermənistana səfər edib, Armen Qriqoryanla görüşüb

    • Yuxuya meydan oxuyan kəşf: Yatmasaq...

    • Arda məğlubiyyətdən danışdı: Nəticə çıxaracağıq

    • Avropa Kuboku: Azərbaycan millisi finala yüksəldi

    • Qızıl bahalaşdı

    • AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO