Buna qarşı təcili tədbirlərin görülməsinə ehtiyac var - XİN
Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X səhifəsindəki paylaşımında deyilir.
"Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb", - paylaşımda qeyd edilir.









