• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşdü - FOTO
  • İlham Əliyev yeni səfirləri qəbul etdi - Fotolar
  • Nazir müavini: Qarabağda 14 təhsil müəssisəsi fəaliyyət göstərir
  • Füzulidə yol qəzasında iki qardaş və daha bir nəfər ölüb - FOTO

Yekaterinburq şəhərində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Novruz bayramı tədbiri keçirildi-FOTOLAR

Tarix: 20-03-2024, 13:18 |
  • facebookta paylaş
  • Share on Google+

18 mart tarixində Yekaterinburq şəhərinin “Hyatt Regency” mehmanxanasında Baş Konsulluğun təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun üzvləri Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimovun, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Əhmədovun, Azərbaycan Respublikasının Əməkdar artisti Kamran Kərimovun və muğam müsabiqəsi qalibi Ayşən Mehdiyevanın canlı ifasında, müxtəlif bayram ənənələrini özündə əks etdirən səhnəciklər və bayram taamlarının təqdimatında  cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixində imzalamış olduğu sərəncamla ölkəmizdə bu il üçün elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə  həsr olunmuş Novruz bayramı tədbiri keçirildi.
Bayram tədbiri çərçivəsində Tədbirin keçirildiyi məkan Novruz ənənəsini özündə əks etdirən bayram atributları – səmənilərlə, bayram xonçaları ilə, müxtəlif boyalarla boyanmış yumurtalarla, milli şirniyyatlarla, milli taamlarla, şamlarla, Baş Konsulluq tərəfindən hər bir qonaq üçün xüsusi hazırlanmış simvolik Novruz şokoladları ilə, o cümlədən milli musiqi alətlərimiz və digər milli dəyərlərimizin simvolları ilə, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili”, Novruz bayramı və digər banerləri ilə bəzədilib.
Öncədən tərtib olunmuş ssenariyə uyğun olaraq, tədbirə dəvət olunan dövlət və hökumət nümayəndələri, RF dumasının, Sverdlovsk və Tümen vilayətlərinin qanunvericilik məclislərinin deputatları, diplomatik korpusun təmsilçiləri, şəhər meriyasının rəhbərliyi, universitet rektorları, yerli ictimaiətin və Ural Federal dairəsində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri, azərbaycanlı tələbələr Baş konsul v.i.e  Şöhrət Mustafayev və ailə üzvü ilə yanaşı, Novruz bayramının əsas simvolları – Kosa, Keçəl və Bahar qızı tərəfindən qarşılanaraq protokol üzrə müəyyən olunmuş masalara dəvət olunublar.
Qonaqlar tədbir məkanına təşrif buyurduqdan sonra tədbirin rəsmi hissəsi dövlət himnlərinin səsləndirilməsi ilə başlayaraq çıxışlarla davam edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Baş konsul v.i.e Şöhrət Mustafayev, Baş Konsulluğun təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli komissiyasının dəstəyi ilə keçirilən Novruz bayramı şənliyinə dəvətimizi qəbul edib təşrif buyurduqları üçün qonaqlara, o cümlədən  Azərbaycan musiqisini, tarixin dərinliklərindən süzülərək gələn muğam sənətimizi yüksək peşəkarlıqla təbliğ edən və məhs bu amalla tədbirimizdə iştirak edən Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupuna öz təşəkkürünü bildirərək, Novruz bayramının xalqımızın həyatındakı əhəmiyyətindən bəhs edib. Eyni zamanda O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı sərəncamının ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına, təbii fəlakətlərdən müdafiə olunma istiqamətində hansı addımların atılmasına dair real vəziyyətin nümayiş etdirilməsinə diqqətin artırılması baxımdan əhəmiyyətini, habelə Novruz bayramının təbiətlə birbaşa əlaqəli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən RF XİN-nin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vladimiroviç Xarlov, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Vladimiroviç Kuyvaşevin adından onun müavini Vasiliy Valerieviç Kozlov, Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Georgievna Merzlyakova, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Sergey Vladimiroviç Çepikov, Yekaterinburq şəhər meri Aleksey Valerieviç Orlovun adından onun müavini Dmitri Yurieviç Nojenko, Sverdlovsk vilayətinin İctimai Palatasının sədri Aleksandr Yuriyeviç Levin və “Azərbaycan-Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski, o cümlədən tədbirin gedişində Tümen vilayətinin Qanunvericilik Məclisinin deputatı Eduard Ömərov və Sverdlovsk vilayətinin qanunvericilik məclisinin parlamentlərarası fəaliyyət üzrə komissiyasının sədri Vyaçeslav Mixayloviç Veqner çıxış edərək, günün mahiyyətindən, Rusiya-Azərbaycan münasibətlərinin mövcud yüksələn xətlə inkişafından bəhs ediblər və bu əlamətdar bayram münasibətilə tədbir iştirakçılarını, xalqımızı təbrik ediblər.
Çıxışlardan sonra səhnəyə Kosa, Keçəl və Bahar qızı dəvət olunub və natiqlərlə Novruz bayramının simvollarından biri kimi qəbul olunan “yumurta döyüşmə” oyunu canlı olaraq səhnələşdirilib.
“Yumurta döyüşmə” oyunundan sonra tədbirimizin əsas tərəfdaşı YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar məlumat xarakterli arayış, o cümlədən son 1,5 ildə Baş Konsulluqla YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə baş tutmuş 4 tədbir haqqında qısa məlumat qonaqların diqqətinə çatdırılıb.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Novruz bayramı şənliyi Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” muğam qrupunun təqdimatında milli musiqi nümunələrimizin, Kosa, Keçəl və Bahar qızının səhnəciklərinin, Yekaterinburq şəhərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən hazırlanan və Novruz ənənələrini özündə əks etdirən video-çarxların nümayişinin, habelə milli mətbəximizin taamlarının, o cümlədən Novruz bayramının atributlarından olan milli şirniyyatlarımızın təqdimatı ilə yüksək əhval-ruhiyyədə davam edib. Musiqili-əyləncəli proqramda təqdim olunan milli musiqi nümunələrimiz, milli-Novruz atributlarımız, milli mətbəximizin müxtəlif taamları tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb olub.






SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Leyla Əliyeva və Arzu Əliyeva körpələr evində

    • Rusiyada təyyarə qəzası - Pilot öldü

    • Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA

    • Bu meyvə virusun düşmənidir, mədənin isə...

    • İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib

    • Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

    • Azərbaycan yığması Ermənistanı məğlub etdi

    • Səfir: İran tam əmindir ki, Azərbaycan ərazisindən bu ölkəyə qarşı heç vaxt istifadə oluna bilməz

    • İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    • Azərbaycanda zəlzələ oldu



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO