• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

"Zəfər abidəsi" ruhumuzun abidəsidir

Tarix: 19-03-2024, 21:55 |
  • facebookta paylaş
  • Share on Google+

Hər yaradılan tarixdir. Abidə də, bina da, qala da. İrili-xırdalı əsər də. Mahiyyət baxımından İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun tarixi əsəridir. Bu Zəfər işığında yaradılmış, yaradılacaq bütün əsərlərin başlıca qayəsi Vətən olacaq. Vətəndə Vətən üçün yaradılanlarda sevgi olur, sədaqət olur...
Azərbaycan Ordusunun tarixi Zəfərindən 40 ay keçir. Neçə 40 aylar keçəcək, bu Zəfər dünən qazanılmış kimi böyük qürurla xatırlanacaq. Onu həm də Vətən adına, Zəfər adına yaradılan əsərlər xatırladacaq. O əsərləri atası müharibə iştirakçısı olmuş tələbələr yaradıbsa, daha duyğusallıqla xatırladacaq.


Azərbaycanın qalib, Ermənistanın məğlub dövlət kimi imzaladığı üçtərəfli Bəyanat bir gerçəkliyin bəyanatıdır: Azərbaycan Ordusu güclüdür, Cənubi Qafqazda ən güclü ordudur. Bu qüruru indi tələbə olanlar orta məktəbdə oxuyanda yaşamışdılar və düşüncələri bu qürurdan barınmışdı. Tələbə oldular, bu qüruru auditoriyalarda daha mütəşəkkilliklə yaşadırlar. Bakı Mühəndislik Universitetinin "Dizayn - memarlıq" fakültəsinin 3-cü kurs tələbələri Kənan Behbudzadə və İbrahim Mahmudov da onların sırasında olub. Hər ikisi müharibə nə olduğunu yaxşı bilir. Kənanın atası ehtiyatda olan polkovnik-leytenantdır, müharibə veteranıdır, İbrahimin atası Qubadlıdandır, müharibə veteranıdır.
Modelləşdirmə fənnini tədris edən müəllim Rasim Qurbanov onlara Zəfər günü ilə bağlı sərgi üçün eksponat hazırlamağı tapşırıb (buna elmi iş də demək mümkündür). Sərgiyə adi səviyyədə hazırlanmış əsərlər təqdim edilə bilməzdi. Bunu tələbələr də bilirdi, müəllimləri də xatırlatmışdı. Eskizlər çəkdilər, düşüncələrinə əsaslanmaqla təhlillər apardılar. Nümunə, oxşar iş olmadığına görə (ilk həmişə çətin olur, həm də sonda möhtəşəm olur!) təhlillər də, təhlillərə görə tətbiqlər də orijinal idi. Belə əsərlərdə hər detal, hər cizgi əsərin mahiyyətini açır, onun dərkini (həm də fəlsəfi dərkini!) asanlaşdırır. Əsərin qüdrəti məhz bu amillərlə də bağlıdır.
Vətən müharibəsinin mahiyyətinin xalqın müharibəsi, ruhun müharibəsi olduğunu bilən, Azərbaycan Ordusunun qazandığı qələbənin böyük Zəfər kimi yaşanıldığını tarix bilən tələbələr 44 rəqəmini yaratdıqları əsərin fabulası kimi təqdim ediblər: Yan tərəflərdən 44 rəqəmi, üst tərəfdən 8 rəqəmi Azərbaycan gerçəkliyinin simvoludur sanki. 44 rəəqəmi 8 rəqəmi ilə üzvi şəkildə bağlıdır. 8 rəqəmi 44 rəqəminin mahiyyətini həm ruhən, həm də zaman məqamında tamamlayır. Quruluşu etibarilə 8 rəqəmi həm də sonsuzluğu, əbədiliyi ifadə edir. Yəni 44 gün müddətində noyabrın 8-də qazanılan Zəfər əbədiyyən (sonsuzacan) qürurla yaşadılacaq! Bu əsəri həmin qürurun əsəri - abidəsi hesab edə bilərik.
Əsərin maketini Bakı Mühəndislik Universitetində görən tələbələr yoldaşlarının Zəfərin işığında yaratdıqları bu gözəl əsərə heyranlıqla baxıblar, baxırlar. Universitetə gələn rəsmi qonaqlar tələbə təfəkkürü ilə gerçəkləşmiş bu möhtəşəm əsəri tarixi Zəfərin bədii, bədii-memarlıq yozumu adlandırırlar.
- Sərgiyə əsər hazırlayanda məhz 44 və 8 rəqəmlərini həm ayrılıqda, həm də vəhdətdə təqdim etməyə qərarlıydıq. Tələbə yoldaşım və dostum İbrahimlə bu tərkiblərin necə təqdim edilməsi haqqında çox eskizlər işlədik. Nəticə olaraq bu görüntünü təqdim etməyi qərara aldıq. Əsərin bəyənildiyi ikimizi də sevindirir. Bizə belə gəlir ki, Azərbaycanımızın ərazi bütövlüyünü tam bərpa etmiş ordumuza mənəvi borcumuzu ödəmişik, - Kənan Behbudzadə belə dedi. İbrahim onu da dedi ki, Zəfərin əsəri ürəklərdə yaradılıb, biz ürəyimizdə yaratdığımız əsəri maketə çevirdik...
Bakı Mühəndislik Universitetinin 3-cü kurs tələbələri Kənan Behbudzadə ilə İbrahim Mahmudovun yaratdığı "Zəfər abidəsi" ruhumuzun abidəsidir...
                                                                                   
  Rəşid FAXRALI

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO