• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Belqraddakı görüş göstərdi ki, Serbiya ilə münasibətlər...

Tarix: 18-02-2026, 20:15 |
  • facebookta paylaş
  • Share on Google+

Fevralın 15-də Belqradda keçirilən Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının ilk iclası təkcə diplomatik hadisə deyil, dövlətçilik anlayışının iki ölkənin siyasi kursunda necə mərkəzi yer tutduğunu nümayiş etdirən mühüm platforma oldu.
Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlar Bakı ilə Belqrad arasındakı münasibətlərin situativ maraqlara deyil, dövlət maraqlarının qorunması fəlsəfəsinə əsaslandığını göstərdi:
“Azərbaycan Prezidenti çıxışına Serbiyanın Dövlətçilik Günü münasibətilə təbriklə başlaması təsadüfi deyildi. O, dövlət suverenliyinin qorunması uğrunda verilən qurbanları xüsusi qeyd etdi və dövlət maraqlarının hər şeydən üstün tutulmasını inkişafın əsas şərti kimi təqdim etdi. Bu yanaşma, əslində, iki ölkə arasında ortaq siyasi düşüncə modelinin mövcudluğunu göstərir. Dövlətçilik burada formal institut anlayışı deyil, milli iradənin təcəssümüdür. Prezident İlham Əliyevin Serbiyanın inkişafını məhz liderlik amili ilə əlaqələndirməsi də diqqətçəkəndir. Dövlət başçısı Serbiyanın təbii resurslara malik olmamasına baxmayaraq iqtisadi uğurlar əldə etməsini islahatlar və siyasi iradə ilə izah etdi. Bu qiymətləndirmə dolayısı ilə Azərbaycanın öz inkişaf modelinə də işarə idi – güclü siyasi rəhbərlik, sabitlik və uzunmüddətli strateji baxış”.
Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının Serbiyanın Dövlətçilik Günündə keçirilməsinin rəmzi məna daşıdığını vurğulayan K.Qafarov bildirib ki, məhz bu faktın özü ölkələrimiz arasında tərəfdaşlığın uzunmüddətli maraqlara xidmət edən siyasi xətt olduğunu göstərir:
“Cənab Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, qərarların icrası qısa müddətdə təmin edilməlidir. Bu isə münasibətlərin deklarativ yox, praktik xarakter daşıdığını sübut edir. Birgə bəyanatda beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi xüsusi vurğulandı. Bu, dövlət suverenliyinin qorunması prinsipinin yalnız daxili siyasət məsələsi deyil, həm də xarici siyasətdə əsas istiqamət olduğunu təsdiqləyir. Müasir geosiyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə belə prinsipial mövqe iki ölkə arasında strateji etimadı daha da möhkəmləndirir. Beləliklə, Belqraddakı görüş göstərdi ki, Azərbaycan–Serbiya münasibətlərinin təməlində ortaq dövlətçilik fəlsəfəsi dayanır. Bu fəlsəfə isə siyasi sabitliyin, iqtisadi inkişafın və beynəlxalq arenada müstəqil mövqenin əsas təminatıdır”.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO