Dünya bazarlarında neft ucuzlaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 0,28% azalaraq 1 barelə görə 91,19 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyul ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,28% azalaraq 87,95 ABŞ dollarına bərabər olub.









