• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - “Prorab” cəzalandırıldı

Tarix: 2-04-2025, 12:58 |
  • facebookta paylaş
  • Share on Google+

“Pilot-16” MMC-nin iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi araşdırma sonrası belə hökm çıxarıb.
66 yaşlı Əlisahib Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkə özgə əmlakını qəsdən məhv etməkdə təqsirli bilinib.
İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.
Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.
Barəsində həbslə bağlı olmayan qətimkan tədbri seçilmiş “prorab” məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Novruzov qardaşları küçəsində “Pilot-16” MMC tərəfindən alınan evlərin söküntüsü aparılarkən iki evin boş və dağıntı halında olduğunu görüb. Bu səbəbdən ekskavator sürənə göstəriş verib ki, həmin evləri söksün. Bir ev tam sökülüb. Hazırki zərərçəkmişin evinin söküntüsü yeni başlayan vaxt ona rəsmi icazələri olmadığı barədə məlumat veriblər. Bundan sonra söküntü dərhal dayandırılıb. Şirkətin hüquqşünası Nicat onunla əlaqə saxlayaraq həmin evin söküntüsünə razılıq olmadığını bir daha təsdiq edib. Təqsirləndirilən şəxs Nicatın iş başlamamışdan əvvəl hansı evin sökülüb, hansının qalacağını demədiyini də etiraf edib.
O, son sözündə məhkəmədən bəraət istəyib. Amma maraqlıdır ki, Ə.Əzizov vətəndaşa dəymiş 61 min manatlıq ziyanı tam ödəyib. Vəsait Baş Prokurorluğun depozit hesabına oturulub. Pulun onun əvəzinə “Pilot-16” MMC tərəfindən ödənilib-ödənilmədiyi açıqlanmayıb.
Məhkəmə ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib.
Hazırda hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi “Melissa Group” tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib. 
Məlumat üçün bildirək ki, ötən il saytımıza Nəsimi rayonunda adıçəkilən şirkət tərəfindən qanunsuz söküntü işləri aparılması haqda vətəndaş şikayəti daxil olmuşdu. Bundan başqa, “Pilot-16” MMC-nin adı müxtəlif tikinti qalmaqallarında, eyni zamanda obyektlərin söküntüsü işlərində də hallanıb.
Mediada “Pilot-16” MMC-nin sabiq deputat Əsabil Qasımova aid olduğu deyilir. 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO