Goranboyda yük və minik maşınları toqquşub, xəsarət alanlar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.









