ABŞ Venesuela üzərində uçuşlara qadağa qoydu
ABŞ-nın Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkənin kommersiya təyyarələrinin Venesuela üzərində istənilən yüksəklikdə uçuşuna qadağa qoyub.
Axar.az xəbər verir ki, bu barədə Nyu York Tayms məlumat yayıb.
Qadağa yerli vaxtla saat 02:00-dan qüvvəyə minib və 23 saat ərzində qüvvədə olacaq.
Məhdudiyyətlər davam edən hərbi fəaliyyətlə əlaqədar tətbiq edilib.









