• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

“Green Tech” ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında memorandum imzalandı - Foto

Tarix: 24-06-2025, 19:24 |
  • facebookta paylaş
  • Share on Google+

İyunun 20-də “Green Tech” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Cəlilabad Peşə Təhsil Mərkəzində “Peşə və Karyera İmkanları Günü” adlı tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirin əsas məqsədi region gənclərinin peşə təhsili, əmək bazarındakı mövcud tələblər və karyera imkanları barədə məlumatlılığını artırmaq, onların əmək bazarına inteqrasiyasına dəstək olmaq və potensialını reallaşdırmaq üçün stimullaşdırıcı mühit yaratmaq olub.
Tədbir çərçivəsində tələbələrlə işəgötürənlər arasında birbaşa ünsiyyət mühiti formalaşdırıldı, iştirakçılara aktual vakansiyalar, təcrübə proqramları, CV hazırlanması və iş müsahibəsinə hazırlıqla bağlı praktiki məsləhətlər təqdim olunub. Həmçinin iştirakçılar Peşə Təhsil Mərkəzinin tədris infrastrukturu və texniki imkanları ilə yerində tanış olublar.
Günün əlamətdar hadisələrindən biri kimi “Green Tech” MMC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığın rəsmi əsasını qoymaqla yanaşı, peşə təhsili alan gənclərin real iş mühitinə inteqrasiyasına, təcrübə proqramlarında iştirakına, habelə birgə seminar, təlim və inkişaf yönümlü təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacaq.
“Green Tech” MMC-dən bildirilib ki, şirkət gənclərin peşə bacarıqlarının artırılması, əmək bazarına hazırlıqlı kadr kimi daxil olması və onların uzunmüddətli karyera inkişafına dəstək göstərilməsi istiqamətində bu kimi təşəbbüslərin davam etdirilməsini prioritet hesab edir: “İnanırıq ki, bu əməkdaşlıq region gənclərinin peşəkar inkişafına mühüm töhfə verəcək”.
https://greentech.az/
https://www.instagram.com/gozaltabiat_az/
Ünvan: Green Tech MMC,
Hava limanı, Zığ şosesi 14-cü km 10.








SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO