• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Elmi-Tədqiqat Pediatriya İnstitutu Yenidoğulmuş körpələrdə eşitmə skrininqi ilə bağlı seminar keçirib

Tarix: 24-02-2024, 21:08 |
  • facebookta paylaş
  • Share on Google+

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu Yenidoğulmuş körpələrdə eşitmə skrininqi ilə bağlı seminar keçirib.
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2024-cü ilədək eşitmə funksiyasının pozulma riski olan uşaqlarda eşitmənin dəyərləndirilməsi aparılmayıb. Baxmayaraq ki, İnstitutda olan uşaqların böyük əksəriyyəti eşitmə funksiyasının pozulması riskini daşıyır. Bu risk göstəricilərinə qohum nigahından olan körpələr, ailədə qalıcı sensonevral eşitmə itkisi, sindiromal patologiyaları olan körpələr, üst çənənin anadangəlmə patologiyaları, hamiləlik dövründə bətndaxili infeksiyalar (CMV, məxmərək, toksoplazma, herpes, rubella ), intensiv palatada 48 saatdan çox terapiya alan körpələr, hamiləlik toksikozları, doğuş asfiksiyası (Apqar 1 dəq: 0-4 ya da 5 dəq: 0-6), vaxtından əvvəl doğulma 35 həftədən az (1500 qr az), vaxtından gec doğulma (42 həftə çox), kəllə daxili doğuş travmaları, MSS-nin ağır hipoksik işemik zədələnməsi, yenidoğulmuşların hemolitik xəstəlikləri, bakterial meningit keçirən uşaqlar, hiperbilirubinemiya (patoloji sarılıq), otoksit effektə malik preparatlardan istifadə daxildir.
Eşitmə funksiyasının dəyərləndirilməsi riskli uşaqlarda həyatlarının ilk 3-cü günü, təkrar 7-15-cü günü, təkrar 15-28-ci günündə aparıla bilər.
Eşitmə funksiyasının dəyərləndirilməsi, yenidoğulmuşların eşitmə skrininq testi haqqında İnstitutun otorinolarinqoloqu Gülşən Qədirli təqdimatla ətraflı çıxış edib. Müayinələrin keçirilməsinə 23 fevral 2024-cü il tarixindən start verildiyini kollektivin nəzərinə çatdırıb. Yenidoğulmuşların eşitmə skrininq testinin İcbari Tibbi Sığortanın “Xidmətlər Zərfi”nə daxil olması barədə xəstə xidmətləri şöbəsi tədbir iştirakçılarına məlumat verib. Hansı körpələrdə bu xidmət aparılacaqsa, onların xəstəlik tarixlərinə bu müayinə haqqında informasiyanın daxil edilməsi barədə ətraflı müzakirələr aparılıb və ambulator xidmət üçün blanklar hazırlanıb, kollektivə təqdim edilib. Yenidoğulmuşların eşitmə skrininq testinin aparılması İnstitutda körpələrin hərtərəfli müayinəsini təmin etməklə tərəfimizdən göstərilən tibbi xidmətin keyfiyyətinin xeyli artmasına səbəb olacaq, sağlam nəslin yetişməsinə və vaxtında profilaktik tədbirlərin aparılmasına öz töhfəsini verəcək. Belə bir xidmətin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda təşkil edilməsi qürurvericidir.
 


SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO