• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Onlayn komanda işinin təşkili üzrə beynəlxalq sertifikasiya” layihəsinin açılış tədbiri keçirildi

Tarix: 16-01-2026, 12:35 |
  • facebookta paylaş
  • Share on Google+


1 oktyabr 2024-cü il tarixində Sumqayıt şəhər C.Səfərov adına 10 saylı tam orta məktəbdə "Onlayn komanda işinin təşkili üzrə beynəlxalq sertifikasiya" layihəsinin açılış tədbiri keçirilib. Bildirək ki, adıçəkilən layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi seçilmişdir. 

Açılış tədbirində təhsil ekspertləri, məktəbin pedaqoji və inzibati-idarəetmə heyəti iştirak ediblər. Tədbir zamanı layihənin məqsədi və əhəmiyyəti barədə çıxışlar edilib. Tədbiri layihənin rəhbəri Səmra Quluzadə açaraq qonaqlara layihə ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, “Müasir təhsil sistemində effektiv komanda işi və əməkdaşlıq tədris prosesinin vacib elementlərindəndir. Müəllimlər, pedaqoji heyət və digər maraqlı tərəflər arasında düzgün və məhsuldar əməkdaşlıq, həm təhsilin keyfiyyətini artırır, həm də təhsil mühitində səmərəliliyi təmin edir.” Daha sonra məktəbin direktoru Şəfayət Orucova çıxışında bildirib ki, “İnanıram ki, onlayn əməkdaşlıq vasitələrinin düzgün istifadəsi məktəb daxilindəki müxtəlif təhsil iştirakçıları arasında əlaqə və koordinasiyanı gücləndirəcək. Bu layihə ilə həm müəllimlər, həm də məktəbin idarəetmə heyəti tədris və əməkdaşlıq proseslərini daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirə biləcəklər”.
Qeyd edək ki, layihənin məqsədi ümumi təhsil məktəbinin 30 nəfər müəlliminə onlayn komanda işinin təşkili üzrə lazım olan bacarıqları qazandırmaq və onları beynəlxalq “ICDL Workforce Teamwork” sertifikasiyasına hazırlamaqdır. Xatırladaq ki, layihə 6 ay müddətində həyata keçiriləcək. Bu müddət ərzində müəllimlər təlimlərdə iştirak edəcək, daha sonra isə beynəlxalq “ICDL Workforce Teamwork” imtahanına cəlb olunacaq və imtahan nəticələrinə uyğun olaraq beynəlxalq sertifikat əldə edəcəklər. Beynəlxalq sertifikasiya imtahanı Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzində (İTE) yerləşən rəsmi ICDL Authorized Testing Center-də keçiriləcək.











SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO