• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ƏN GƏNC ÜZVÜ MƏZUN OLDU

Tarix: 17-06-2025, 13:12 |
  • facebookta paylaş
  • Share on Google+

AJB  üzvü, “Kredo” qəzetinin redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri, "İstedadları Tanıyaq və Tanıdaq" İtimai birliyinin və çoxsaylı ictimai birliklərin fəxri üzvü, şair-publisist, 8 kitab müəllifi Sevindik Nəsiboğlu Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbindən məzun oldu.
Sevindik Nəsiboğlu qalib və suverenliyini tam təmin etmiş bir ölkənin məzunu olduğu üçün  fəxr etdiyini söylədi. Buraxılış imtahanlarında yüksək nəticə göstərdiyinə görə  Xocavənd  Rayonu İcra Hakimiyyətinin Başçıısı hörmətli Eyvaz Hüseynov tərəfindən Fəxri Fərmanla və yüksək təlim nailiyyətlərinə görə təhsil aldığı məktəbin direktoru Aidə xanım Zülfüqarova tərəfindən Təşəkkürnamə ilə  təltif olundu. Fəxri fərmanı icra başçısının adından böyük məsləhətçi Eynur Hüseynov təqdim etdi və gənc yazara, eləcə də bütün məzunlara uğurlar arzuladı. Gənc yazarın sinif rəhbəri Aynur Zeynalova da çıxışında son zəng münasibətilə məzunları təbrik etdi, dərin və səmimi müəllim duyğularını onlarla bölüşərək onlara gələcək həyatlarında müvəffəqiyyətlər dilədi. 
Tədbir zamanı çıxış edən gənc yazarın sözügedən çıxışını diqqətinizə çatdırırıq: "Bu gözəl gündə məktəbimizin son zəng tədbirində iştirak edən hər kəsi salamlayıram. Bu gün həyatımızın ən önəmli günlərindən biri, gələcək həyatımızın bünövrəsinin qoyulduğu bir gündür. Ona görə ki, acılı-şirinli xatirələrini yaşadığımız, yeni-yeni dostlar qazandığımız, uşaqlığımızdan gəncliyimizə qədər bizimlə olan 11 illik orta təhsil həyatımız sona çatır. İllərlə xəyalıyla yaşadığımız arzumuz, məqsədimiz, hədəfimiz reallaşır. İndi isə növbədə Azərbaycan gənci kimi bizi yeni-yeni hədəflər, gözəl və şirin anlar, xoş xatirələr gözləyir. Biz 11 ilin yekunu olan son zəng günündə valideynlərimizdən və müəllimlərimizdən aldığımız ilhamla uğurlu sabahlara doğru olan inamımızı təzələyəcəyik. Fürsətdən istifadə edərək yaşıdlarımı bu möhtəşəm gün münasibətilə təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirəm. 11 ildə bizim  vətənsevər, qırılmaz tellərlə vətənə bağlı bir gənc  kimi formalaşmağımızda əməyi olan hər kəsə, valideynlərimizə və müəllimlərimizə dərin təşəkkürümü bildirirəm. Allahdan onlara bizim gələcək uğurlarımızı görüb qürurlanmağı nəsib etməsini diləyirəm.  Çıxışımı “Azərbaycanım” adlı şeirimdən bir parça ilə bitirmək istəyirəm:

İgidlər yetirən qəhrəman anam,
Nə həddim üstümdə haqqını danam!?
Min illər oduna qovrulam, yanam,
Bu yenə də azdır, Azərbaycanım!
 
Daim zirvələrdən duyulsun səsin,
Anamtək doğmadır isti nəfəsin,
Elə çiçəklən ki, görənlər desin,
Bir bahardır, yazdır Azərbaycanım.  
 
Sevindik söyləyər bu sözü hər an,
Damarımda sənlə çağlayır bu qan,
Durduqca, durduqca bu bədəndə can,
Həmişə bizimsən, Azərbaycanım!
Ana Vətənimsən, Azərbaycanım!"

Biz də İcxeberler.com xəbər saytının kollektivi adından gənc istedad Sevindik Nəsiboğlunu gənc yaşda əldə etdiyi bütün uğurlara görə təbrik edirik. Gələcək həyatında daha böyük nailiyyətlər qazanmasını arzulayırıq. 










SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO