• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Şagirdi su qabı ilə vuran müəllim işdən çıxarıldı - Video - Yenilənib

Tarix: 29-05-2025, 13:12 |
  • facebookta paylaş
  • Share on Google+

Lənkəran şəhərində yerləşən “Kaspi kids” məktəbəqədər hazırlıq kursunda müəllim azyaşlı şagirdə şiddət göstərib.
İcxeberler.com Cenublu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntüdə müəllim uşağı qəfil yerindən qaldırır, digər azyaşlını su qabını əlində tutmağa məcbur edir. Ardından məhz onun əli vasitəsilə uşağın başına zərbə endirir.
Məlumata görə, hadisə nəticəsində uşaq baş nahiyəsindən xəsarət alıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: “Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizadan keçirilməsi təmin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
***
Lənkərandakı “Kaspi Kids” uşaq bağçasında baş verən hadisə ilə bağlı Kaspi Təhsil Şirkəti açıqlama verib:
“Sosial şəbəkələrdə “Kaspi Kids” Lənkəran nümayəndəliyində baş vermiş xoşagəlməz halla bağlı video paylaşılıb. Hadisə bizi son dərəcə məyus edib və dərin narahatlıq doğurub.
Məlumat vermək istərdik ki, “Kaspi Kids” Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunur. “Hirkan Hazırlıq Kursu” MMC, Kaspi Kids brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərir.
Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, Kaspi Kids brendinin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədikləri üçün “Hirkan Hazırlıq Kursu” MMC-nin françayzinq müqaviləsinə xitam verilib”.
Qeyd edilib ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmlərini daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO