• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Tarix: 2-05-2025, 16:17 |
  • facebookta paylaş
  • Share on Google+

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində respublikanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Müvafiq təhlükəsizlik qaydaları
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşların diqqətli olmaları, daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə edilir.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, qərb küləyi fonunda havanın temperaturunun yüksəlməsi nəticəsində bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO