• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB
  • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
  • XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
  • Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycan müəllimi nə qədər maaş alır? - Nazirlik AÇIQLADI

Tarix: 13-02-2025, 12:19 |
  • facebookta paylaş
  • Share on Google+

Son illərdə təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri orta məktəb müəllimlərinin maaşıdır. Mətbuatda və sosial şəbəkələrdə bəzi müəllimlər maaşlarının az olmasından şikayətlənir, digərləri maaşların normal olduğunu düşünür.
Bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı qarşıdakı illərdə müəllimlərin sayının azalacağını, maaşlarının artacağını bildirib. "Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq... Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.
Modern.az hazırda Azərbaycanda orta məktəb müəllimlərinin sayı və maaşını öyrənmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, 2024/2025-ci tədris ili üçün ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 134 396 nəfər olub. 
Maaş məsələsinə gəlincə, hazırda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqı təxminən 1295 manat, sertifikatlaşdırmada uğur qazanmış digər heyət üzrə  isə 980 manat təşkil edir.  Bildirilib ki, müəllimlərin aylıq vəzifə maaşı tədris etdikləri dərs saatından birbaşa asılıdır.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 64901 nəfər sertifikatlaşdırma prosesinə cəlb edilib. Proses çərçivəsində 55510 müəllimin maaşına əlavələr edilib. 
İndiyədək Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri sertifikasiyaya cəlb olunub.
İbtidai sinif müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 748 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1167 manat, qənaətbəxş nəticə göstərənlər 880 manat olub. 
Azərbaycan dili və ədəbiyyat müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 841 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1355 manat, qənaətbəxş nəticə göstərənlər 1071 manat olub. 
Riyaziyyat müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 1016 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1407 manat, qənaətbəxş nəticə göstərənlər 1142 manat olub. 
Xarici dil müəllimlərinin orta aylıq əmək haqqı sertifikatlaşdırmadan əvvəl 888 manat olub. Sertifikasiyada yüksək nəticə göstərənlərin orta aylıq maaşı 1342 manat, qənaətbəxş nəticə göstərənlər 1016 manat olub. 
Qeyd edək ki, sözügedən rəqəmlər vergilər daxil olmaqla hesablanan məbləğdir.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Gənclərdə infarkt riski niyə artır? - Xəbərdarlıq

    • Qızıl və gümüş bahalaşıb

    • Əmtəə birjasında təbii qazın dəyəri azalıb

    • Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib

    • Dünya çempionu olan qapıçı "Zirə"yə keçdi

    • Naxçıvanda transformatorda partlayış olub, 1 nəfər xəsarət alıb

    • Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb

    • Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO