Bu müayinə icbari tibbi sığorta hesabına qarşılansın - TƏKLİF
Tarix: 19-11-2024, 12:56 |
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərclərinin icbari tibbi sığorta təminatına alınmasını təklif edib. "Unikal"ın məlumatına görə, komitə sədri bu təkliflə parlamentdə 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edib.