• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Sabah 37 dərəcə isti olacaq
  • Kərim Vəliyev türkiyəli həmkarı ilə görüşdü - FOTO
  • İlham Əliyev yeni səfirləri qəbul etdi - Fotolar
  • Nazir müavini: Qarabağda 14 təhsil müəssisəsi fəaliyyət göstərir

"Putin Ukraynada müharibənin dondurulmasını təklif edib" - "Reuters"

Tarix: 14-02-2024, 15:45 |
  • facebookta paylaş
  • Share on Google+

"Vasitəçilər 2023-cü ilin sonunda Türkiyədə görüşüb, lakin danışıqlar heç bir nəticə verməyib..."

"Putin Ukraynada zəbt etdiyi ərazilərə nəzarəti saxlamaqla sülh danışıqlarına hazır olması barədə ABŞ-a siqnallar göndərir..."
 
Rusiya rəhbərliyi Amerika Birləşmiş Ştatlarına Ukraynada müharibənin dondurulmasını təklif edib, lakin Vaşinqton bunu Ukraynasız müzakirə etməkdən imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın üç mənbəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Putin 2023-cü ildə vasitəçilər, o cümlədən Yaxın Şərqdə ərəb tərəfdaşları vasitəsilə
işğalçı qoşunlar tərəfindən hər-hansı güzəştlər olmadan indiki təmas xəttində münaqişəni dondurmaq istəyi barədə Vaşinqtona siqnallar göndərib.
 
Yüksək vəzifəli rusiyalı mənbə jurnalistlərə məlumat verib ki, vasitəçilər 2023-cü ilin sonunda Türkiyədə görüşüb, danışıqlar heç bir nəticə verməyib.
 
İkinci həmsöhbət deyib ki, amerikalılar Ukraynasız atəşkəs məsələsini müzakirə etməkdən imtina edib. Üçüncü mənbə deyib ki, Birləşmiş Ştatlar Ukraynaya təzyiq etmək istəməyib.
 
Amerikalı mənbə rəsmi təmasları inkar edib və bəyan edib ki, Vaşinqton Ukraynasız danışıqlarda iştirak etməyəcək.
 
Bu arada isə rusiyalılar deyir ki, amerikalı məmurlar, o cümlədən Ağ evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Dövlət katibi Entoni Blinken görüş keçirib.
 
"İdeya bundan ibarət olub ki, Sallivan Putinin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakovla danışacaq və bundan sonra atılacaq addımları müzakirə edəcək, rusiyalı mənbələrdən biri məlumat verib.
 
Lakin yanvarda Sallivan Uşakova zəng edərək deyib ki, Vaşinqton münasibətlərin digər aspektlərini müzakirə etməyə hazırdır, lakin Ukraynasız atəşkəs haqqında danışmayacaq", - nəşr yazıb.
 
Digər rusiyalı mənbə jurnalistlərə deyib ki, Putin bunu belə şərh edib: "Mən bilirdim ki, onlar heç nə etməyəcək".
 
Daha bir həmşöhbət qeyd edib ki, Vaşinqton diktatorun səmimiyyətinə inanmayıb. İndi Kreml müharibənin dondurulması məsələsində ABŞ-la bundan sonrakı təmaslarda məna görmür.
 
Qeyd edək ki, bu, Rusiya prezidenti tərəfindən ABŞ-a sülh danışıqlarına hazır olduğu barədə hansısa siqnalların ötürülməsi ilə bağlı ilk məlumat deyil.
 
Yanvarın sonunda "Bloomberg" nəşri məlumat verib ki, Putin Ukraynada sülh danışıqlarına hazır olması barədə Birləşmiş Ştatlara siqnallar göndərir.
 
"The New York Times" nəşri bundan öncə Putinin münaqişənin dondurulmasına hazır olduğu barədə yazıb. 
 
Bu məlumatlarda ümumi fikir ondan ibarətdir ki, qəsb edilən ərazilər Rusiyanın nəzarətində qalır. Bu barədə Putinin özü bəyan edib.
 
O, iddia edib ki, Ukraynada əldə etdiklərindən imtina etməyəcək. Bu zaman sülh danışıqlarının pozulmasında Moskva Kiyevi və Qərbi ittiham edir.
 
Putin bu yaxınlarda amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib ki, "əvvəl-axır biz razılığa gələcəyik".
 
O, bəyan edib ki, döyüş əməliyyatlarını dayandırmaq üçün ABŞ Ukraynaya silah tədarükünə son qoymalıdır, o zaman razılığa gəlmək mümkündür.
 
"Variantlar var, əsas odur ki, istək olsun", - Putin deyib və əlavə edib ki, Moskva dialoqa hazırdır, amma şərtlərini dəqiqləşdirməyib.
 
Ukrayna rəsmən Rusiya qoşunlarının beynəlxalq birlik tərəfindən tanınan bütün ərazilərindən çıxarılmasına təkid edir. Ölkədə şəxsən Putinlə danışıqlara qadağa qoyan qanun qüvvədədir.
 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • QHT “Parlaq Ulduzlar”- gənc istedadların tanıdılması layihəsi çərçivəsində Muğam Müsabiqəsi keçirdi

    • Leyla Əliyeva və Arzu Əliyeva körpələr evində

    • Rusiyada təyyarə qəzası - Pilot öldü

    • Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi AÇIQLAMA

    • Bu meyvə virusun düşmənidir, mədənin isə...

    • İrəvan məhkəməsi arxiyepiskop Mikael Acapaxyanı həbs edib

    • Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

    • Azərbaycan yığması Ermənistanı məğlub etdi

    • Səfir: İran tam əmindir ki, Azərbaycan ərazisindən bu ölkəyə qarşı heç vaxt istifadə oluna bilməz

    • İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO