• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır

Tarix: 12-03-2026, 18:59 |
  • facebookta paylaş
  • Share on Google+

“BMT sistemində dəyişən dünyaya uyğun islahatlar aparmalıdır”.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, çoxtərəfli sistem müəyyən irəliləyiş əldə etsə də, BMT-nin bəzi strukturları və idarəetmə mexanizmləri hələ də təşkilatın yaradıldığı İkinci Dünya müharibəsindən sonrakı dövrə əsaslanır.
Baş direktor qeyd edib ki, böyük çoxtərəfli institutlar çevik və sürətli qərarvermə ilə tanınmır. Onun sözlərinə görə, üzv dövlətlərin qərarvermə prosesləri çoxtərəfli əməkdaşlığın əsasını təşkil etsə də, bu proseslər çox vaxt sürətli olmur.
Qebreyesus bildirib ki, son illərdə baş verən qlobal sarsıntılar bəzi zəruri islahatların daha tez həyata keçirilməsinə təkan verib. Onun sözlərinə görə, bu dəyişikliklərin bir hissəsi əvvəldən başlanmışdı, lakin proses kifayət qədər yavaş gedirdi.
ÜST rəhbəri xatırladıb ki, o, 2017-ci ildə təşkilata rəhbərlik etməyə başlayanda qurumun tarixində ən genişmiqyaslı islahat proqramı başladılıb. Bu çərçivədə təşkilatın maliyyə baxımından az sayda donordan həddindən artıq asılılığının ciddi risk olduğu müəyyən edilib və bunun aradan qaldırılması üçün addımlar atılıb.
O qeyd edib ki, 2022-ci ildə ÜST-ün üzv dövlətləri baza büdcəsində məcburi üzvlük haqlarının payının mərhələli şəkildə artırılaraq 14 faizdən 50 faizə çatdırılmasını təsdiqləyiblər.
Baş direktor əlavə edib ki, üzv dövlətlər qlobal səhiyyə idarəetmə sisteminin təkmilləşdirilməsi üçün idarəetmə islahatları prosesinə də start veriblər.
Qebreyesus vurğulayıb ki, islahatların məqsədi institutları sadəcə qorumaq deyil, parçalanmış dünyada ümumi təhlükələrə qarşı kollektiv fəaliyyət imkanlarını saxlamaqdır.
Onun sözlərinə görə, BMT-nin uğuru birbaşa üzv dövlətlərin təşkilatın nizamnaməsinə və qəbul etdikləri qaydalara nə dərəcədə əməl etməsindən asılıdır.
“BMT 80 il ərzində böyük etimad qazanıb, lakin bu etimad hər gün yenidən qazanılmalıdır. BMT-yə inanan hər kəs bu etimadı qorumaq üçün çalışmalıdır”, – ÜST rəhbəri qeyd edib.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO