• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb
  • "İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəydə Ustad dərsləri keçirildi

Sənətdə və hayatda birlik-Vəsilə xanım Quliyeva və İntiqam Abbasovun gənclərə dəstəyi-Foto

Tarix: 29-09-2025, 10:33 |
  • facebookta paylaş
  • Share on Google+

Quliyeva Vəsilə Murad qızı 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Uşaq yaşlarından musiqiyə həvəsi olan Vəsilə xanım orta məktəbin ictimai-siyasi həyatında fəal iştirak edib. 9-cu sinifdə oxuyarkən keçmiş 26-lar adına Mədəniyyət Sarayında Xalq artisti Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi dərnəyin üzvü olub. Azərbaycan Dövlət Konsert Birliyindən başlayaraq İncəsənətin müxtəlif sahələrində fəaliyyətini davam etdirib. Vəsilə xanım İstedadları Tanıyaq və Tanıdaq İB-nin fəxri üzvü, könüllü müəllimidir. O illərdi istedadlı uşaq və gənclərin inkişafı istiqamətində həyata keçirilən layihələrdə iştirak edir və uşaq və gənclərə öz mənəvi dəstəyini göstərir. Onun hər zaman diqqət çəkən bir ifadəsi var: “Musiqi mənim həyatımdır!” 
“Uşaqlarımızın uğuru Azərbaycanımızın qələbəsidir”- deyən Xanəndə-metodist Vəsilə xanım Quliyeva  bu işdə onlara təkbaşına dəstək olmur, onunla yanaşı həyat yoldaşı, Fəxri Mədəniyyət işçisi,  Tarzən İntiqam Abbasov da öz dəstəyini göstərir. 
İntiqam Abbasov 1970-ci ildə Ü.Hacibəyli adına Ağdam Musiqi texnikumuna daxil olub, 1974- cü ildə təhsilini  uğurla başa vurub.  Təyinatla Qubadlı rayonunda tar müəllimi və ansamblın bədii rəhbəri təyin olunub. "Şuşanın dağları ansamblının” bədii rəhbəri, İstedadları Tanıyaq və Tanıdaq İB-nin fəxri üzvü, uşaq və gənclərin sevimlisidir.  O tələbələri ilə birlikdə xarici ölkələrdə konsert proqramları ilə çıxış edib. 
İntiqam müəllimin fikrincə İstedadli uşaqları kəşf etmək böyük zəhmət tələb edir. “Elə uşaqlarımız var ki, utanırlar. Bu zaman təcrübəmizdən istifadə edərək onları düzgün yola yönəldiririk. Müəllimlik həm çətin, həm də şərəfli sənətdir. Yetirdiyimiz tələbənin uğuru Allahın bizə verdiyi gözəl nemətdir. Gəlin birlikdə istedadlı uşaqlara dəstək olaq”-deyə İntiqam Abbasov fikir bildirib....
Qeyd edək ki, O, 1977 -ci ildən 2022-ci ilə qədər Şuşa mədəniyyət Şöbəsində  tar müəllimi və ansambl rəhbəri kimi fəaliyyət göstərib. 2022 -ci ildə Fəxri Mədəniyyət İşçisi adına layiq görülüb. Bu gün İstedadları Tanıyaq və tanıdaq İB-nin ofisində istedadlı gənclərə təmənnasız dəstək olur, onları konsertlərdə müşaiyət edir. 




SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB

    • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO