• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

QHT Nümayəndələri Şuşada: Cıdır Düzündə Milli Ruhun təntənəsi-Fotolar

Tarix: 9-07-2025, 10:09 |
  • facebookta paylaş
  • Share on Google+

Şuşa şəhəri – Azərbaycanın qürur rəmzi olan bu müqəddəs torpaq, bu dəfə istedadlı uşaqların musiqisi və rəqsi ilə canlandı.
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin təşkil etdiyi tədbir Cıdır düzündə milli ruhun təntənəsinə çevrildi. Tədbir çərçivəsində Birliyin üzvləri, şəhid ailələri, istedadlı uşaqlar, müəllimlər və valideynlər Şuşada – Cıdır düzündə bir araya gəldi. Tədbir həm mənəvi, həm də mədəni dəyərlərimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyırdı.
 

Uşaq VƏ gənclərdən Ruhumuzu Oxşayan İfa və Rəqslər
 


Tədbir çərçivəsində uşaqlar milli mahnılar ifa etdilər, xalq rəqslərini nümayiş etdirdilər. Onların səmimi çıxışları Cıdır düzündə əks-səda verərək qürur doğurdu. Bu səhnələr təkcə mədəniyyətin deyil, həm də vətənpərvərliyin canlı təcəssümü idi. Səfərdə olan xarici turislər və digər qonaqlar da birliyin üzvlərini yaxından izləyərək onlarla birlikdə milli rəqslərimizi ifa edib. 
Proqramın ən yaddaqalan məqamlarından biri də tarzən, Fəxri Mədəniyyət işçisi, İstedadları Tanıyaq və tanıdaq İB-nin Fəxri üzvü İntiqam Abbasovun  ifası oldu. O, qədim Azərbaycan musiqi aləti olan tar ilə xalq havalarını səsləndirərək tədbirə xüsusi ab-hava qatdı. Bu ifa Şuşanın ruhunu oyatdı, tarixlə bu günü musiqi vasitəsilə birləşdirdi. Birliyin Fəxri üzvü,  Xanəndə Metodist  Vəsilə Quliyeva və tələbələri Lalə Hacıyeva, Aqşin Nərminanov, Namizəd Əhmədov, Nihad İbadov, Dəyərli sənətkar, Xanəndə Aytən Məhərrəmovanın tələbəsi, birliyin sevilən üzvü  İlqar Bayramlı Şuşada Cıdır düzündə vətənpərvər ruhda mahnılar ifa etdilər. İntiqam Abbasov gənc ifaçıları müşaiyət etdi. 
 
Şəhid Anasının İştirakı – Səssiz Qəhrəmanlıq
 


Tədbirdə Vətən Müharibəsi şəhidi Ağacavad Mütəllimzadənin anası, birliyin fəxri üzvü Nailə xanım Mütəllimzadə də iştirak edirdi. Onun Cıdır düzündə olması hər kəs üçün simvolik və təsirli idi. Azad vətəndə keçirilən hər bir tədbirin təməlində şəhidlərimizin canı və qanı durur.
 
Milli Ruhun Qələbəsi

Bu tədbir bir daha sübut etdi ki, istedad təkcə səhnədə deyil, həm də ruhda, mənəviyyatda və milli kimlikdə öz əksini tapmalıdır. Şuşada baş tutan bu görüş gələcək nəsillərin milli ruhda böyüməsinə bir töhfə, istedadlara verilən dəyərin bariz nümunəsi oldu.
Birliyin sədri Vüsalə Sadıqova (Qələndərli) yolboyu səfər iştirakçıları ilə söhbətində də vətənpərvərlikdən bəhs edib: "Bizim köklərimiz, mədəniyyətimiz və tariximiz qədim, zəngin və qiymətlidir. Milli musiqi və rəqslərimiz təkcə əyləncə deyil, həm də kimliyimizin aynasıdır. Gələcək nəsillərə bu inciləri çatdırmaq bizim borcumuzdur!
Bu xəzinəyə sahib çıxaq, sevək, öyrənək və paylaşaq. Gənclik olaraq, milli irsimizə hörmət göstərərək, onu yaşadaraq, mədəniyyətimizin qüruru olaq!
Bu adi gün, əyləncə deyil, anlamını  qəlbində böyük Vətən sevgisi olanlar bilər.  Bura minlərlə şəhidimizin qanı, qazilərimizin canı hesabına azad edilib, burada 30 ildən sonra gənc nəslin sərbəst şəkildə ayaq basa bilməsi sadəcə gəzinti deyil əslində ziyarətdi. Bu günü bizə yaşadan Şəhidlərimizin məkanı cənnət olsun, qazilərimizə Allah şəfa versin. Dövlətimiz var olsun. Allah Müzəffər Ordumuzu və Xalqımızı qorusun. 
Dəyərli gənclər, gəlin milli musiqi və rəqslərimizi yaşadaq, qoruyaq!
İnanıram ki, birlikdə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi olaraq milli dəyərlərimizin qorunmasına və gələcək nəsillərə ötürülməsinə davam edəcəyik". 



















SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO