• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

QHT "Parlaq Ulduzlar" - gənc istedadların tanıdılması layihəsinin icrasına başlayıb.

Tarix: 7-06-2025, 08:16 |
  • facebookta paylaş
  • Share on Google+

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Parlaq Ulduzlar" - gənc istedadların tanıdılması layihəsinin icrasına başlayıb.
Azərbaycanın bölgələrində gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə “Parlaq Ulduzlar” adlı yeni layihəyə start verilib. Birliyin sədr müavini Nargül Quliyevanın məlumatına görə, layihə Bakı və Gədəbəy bölgələrində həyata keçiriləcək.
“Layihənin əsas məqsədi istedadlı uşaqları və gəncləri aşkara çıxarmaq, onların bacarıqlarını geniş auditoriyaya tanıtmaq və inkişafları üçün dəstək göstərməkdir. “Parlaq Ulduzlar” adlı layihə çərçivəsində təşkil olunacaq tədbirlərdə gənclər müxtəlif sahələrdə – musiqi, rəsm, idman, elmi nailiyyətlər və digər istiqamətlər üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. “Parlaq Ulduzlar” təşəbbüsü, bölgələrdəki istedadlı gənclərə özlərini göstərmək və uğur qazanmaq üçün yeni imkanlar yaratmaqla yanaşı, cəmiyyətin diqqətini də bu gənclərin inkişafına yönəltməyi hədəfləyir.
"Parlaq Ulduzlar" layihəsi, gənc istedadları tanıtmaq məqsədi ilə Bakı və Gədəbəy bölgələrində təşkil olunacaq. Layihənin məqsədi yalnız gəncləri tanıtmaqla məhdudlaşmır; həm də onların cəmiyyətə faydalı olmasına, müxtəlif sahələrdə inkişaf etmələrinə və yeni nəsil liderlərin yetişməsinə xidmət edir.
Layihə çərçivəsində həmçinin “İstedadları Uğura Aparan Yol” adlı jurnalın nəşri də nəzərdə tutulur. Jurnal vasitəsilə istedadlı gənclərin həyat hekayələri, qarşılaşdıqları çətinliklər və qazandıqları uğurlar oxuculara təqdim olunacaq. Jurnal eyni zamanda bu istedadların gələcək inkişafına stimul vermək məqsədi daşıyır”-deyə Nargül Quliyeva mэlumat verib.
Qeyd edək ki, bir iyundan icrasına başlanılan layihənin  üç ay müddətində həyata keçirilməsi nəzərdə tutulur. 

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO