Keçmiş arvadını və qayınanasını qətlə yetirdi - Meyiti tapıldı
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Şəki rayonunun Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Daha sonra hadisəni törədən V. Lütfəliyevin özünün meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.









