• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

Tarix: 3-02-2026, 15:32 |
  • facebookta paylaş
  • Share on Google+

Nəhayət, Vaşinqtonla Dehli arasında razılaşma əldə olundu. Bu razılaşma ticarət və enerji sahəsini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib. Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı, Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar. Bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Donald Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq və daha çox nefti ABŞ-dan, mümkün variant kimi isə Venesueladan alacaq.
Əgər Hindistan bu vədini yerinə yetirərsə, bu, Rusiyanın problemlərini daha da artıracaq. ABŞ prezidentinin sözlərinə görə, Dehlinin Rusiyadan neft almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-a qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirdiyini yazıb. Onun sözlərinə görə, Hindistan ABŞ-dan energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla, ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb.
Vaşinqtonla Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp prezident seçildiyi dönəmdən davam edirdi. Dehli Vaşinqtondan əvvəl Brüsellə ticarət razılaşması əldə etdi. Beləliklə, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır.
Bu arada, Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədə hərbi xərcləri 85.5 milyard dollar nəzərdə tutması da müşahidəçilərin diqqətindən yayınmayıb. Hindistan bu xərclər çərçivəsində hərbi texnika istehsalına və sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı planlaşdırır. Görünür, Hindistanın hərbi xərcləri artırmaq qərarı qonşusu Çinin artan hərbi gücü ilə əlaqəlidir. Hindistan bu çərçivədə həm özünün hərbi-sənaye kompleksini genişləndirmək, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını genişləndirməyi planlaşdırır. Vaşinqtonla Dehli arasında əldə olunan ticarət razılaşması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa da təkan verə bilər”, - politoloq bildirib.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO