• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Tarix: 30-01-2026, 14:38 |
  • facebookta paylaş
  • Share on Google+

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığında Azərbaycanın hava məkanı və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirdi. Rəsmi Bakının Tehrana bunu izah etməsi zərurəti İranda ortaya atılan iddialardan qaynaqlanır.
İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin – mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur. Bu ittihamlar/iddialar adətən iki məqsədə xidmət edir.
1. Güneyli soydaşlarımız arasında Azərbaycanın “düşmən obrazını” formalaşdırmaq;
2. Diqqəti İran rejiminin üzə çıxan zəifliklərindən yayındırmaq.
İran ətrafında mühasirənin daralması və hərbi müdaxilə ssenarisinin aktuallaşması fonunda Azərbaycana qarşı ittihamlar – İsrailə dəstək verilməsi, mümkün müharibədə platforma olması kimi ənənəvi iddialar - yenidən gündəmə gəlib, lakin bu dəfə daha açıq təhdidlərlə. Daha öncə “Bakı Tehrana hücumda iştirak edir” iddiaları əsas tezis kimi istifadə olunurdusa, bu dəfə Azərbaycanı hədəfə almaqdan bəhs olunur, xüsusilə enerji infrastrukturlarının vurulması çağırışları edilir. Bakıya qarşı ittiham/iddia kampaniyasının hədə mərhələsinə keçidi 12 günlük müharibədən sonra genişlənib. Enerji infrastrukturunun vurulması tezisi də Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazıminin dili ilə gündəmə gətirildi.
- “Azərbaycan 12 günlük müharibədə İrana hücumda iştirak edib”;
- “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”;
- “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” və s;
Kazıminin tezisləri İranın müxtəlif “ekspertləri” və media orqanları tərəfindən yenidən təkrarlanır, həmçinin “Azərbaycan 12 günlük müharibədə olduğu kimi, yenə İsrail üçün platforma olacaq” formasında inkişaf etdirilir.
Bu iddialar/ittihamlar xüsusilə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri fonunda gündəmə gəldi, halbuki eyni ərəfədə İran XİN rəhbərinin müavini Vahid Cəlalzadə də Azərbaycana səfər etdi və israilli nazirdən fərqli olaraq, təhdid dolu xəbərdarlıq səsləndirdi. Cəlalzadənin Bakıda verdiyi bəyanatlara reaksiya verilməsə də, İran səfirliyinin Saarın səfəri haqda dedikləri Tehranın “təhdid dili”ni işə saldığının nümunələrindən biri hesab oluna bilər.
İttiham/iddialar indiyə qədər daha çox İran ictimai rəyinə hesablanırdısa, mövcud situasiyada məqsəd fərqli görünür: ritorikanın praktiki müstəvidə tətbiqi imkanları məhdud olsa da, Azərbaycanın enerji infrastrukturunun hədəf kimi göstərilməsi ilə həm Avropanın enerji təhlükəsizliyini, həm neft-qaz sektorunda xarici investorların təmsil etdikləri ölkələri təhdid edir, həm də region ölkələrinə “müharibənin arealı yayıla bilər” mesajını verirlər; bununla ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı “məcburi əks-mövqe”ni genişləndirməyə, Vaşinqtonun qərarına kənar təsirləri artırmağa çalışırlar;
Bu kontekstdə rəsmi Bakının Tehrana verdiyi “Azərbaycan platforma olmayacaq” mesajı İranda ortaya atılan iddialardan və təhdidlərdən imtina edilməsi ilə bağlı xəbərdarlıq, eyni zamanda, qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir. Bunu Pezeşkianın komandasına izah etmək mümkündür, lakin mühafizəkar qanadın Azərbaycana qarşı ənənəvi ritorikasını dəyişmək çətin görünür.
Axar.az

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO