• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb
  • "İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəydə Ustad dərsləri keçirildi

(WUF 13) çərçivəsində "Arzuların Şəhəri" adlı yaddaqalan tədbir keçirilib.

Tarix: 25-05-2026, 12:34 |
  • facebookta paylaş
  • Share on Google+

Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) çərçivəsində "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin təşkilatçılığı ilə "Arzuların Şəhəri" adlı yaddaqalan tədbir keçirilib. Yerli və xarici qonaqların böyük marağına səbəb olan tədbirdə sülh, uşaqların gələcəyi və şəhərlərin mənəvi ruhu mövzusunda mühüm mesajlar səsləndirilib.

Tədbiri giriş sözü ilə açan "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova  (Qələndərli) qonaqları salamlayaraq gələcəyin ideal şəhərlərinin yalnız infrastrukturdan ibarət olmadığını vurğulayıb:



"Bu gün biz bura sadəcə binalardan, küçələrdən və infrastrukturdan danışmağa toplaşmamışıq. Biz bura şəhərlərin ruhundan danışmağa gəlmişik. Bizim xəyal etdiyimiz, arzuladığımız şəhər – uşaq gülüşlərinin sülh sədaları ilə qarışdığı, hər bir istedadlı uşağın qorxusuzca gələcəyə addımladığı bir məkandır. Müharibələrin, göz yaşlarının olmadığı, hər bir uşağın öz istedadını dünyaya tanıda bildiyi bir dünya hər birimizin ortaq arzusudur."

Xarici qonaqlardan Azərbaycana yüksək qiymət

 

Tədbirdə iştirak edən beynəlxalq ekspertlər və xarici qonaqlar da çıxış edərək öz təəssüratlarını bölüşüblər. Çıxışçılar Azərbaycanın qonaqpərvərliyindən heyran qaldıqlarını, ölkəmizin zəngin mədəniyyəti, musiqisi və incəsənətinə heyran olduqlarını xüsusi qeyd ediblər. Bildirilib ki, Bakı təkcə müasir memarlığı ilə deyil, həm də uşaqlara və istedadların inkişafına verdiyi dəyərlə əsl "Arzuların Şəhəri" modelini nümayiş etdirir.




Gənc spiker Sevindik Nesiboglunun çıxışı zamanı qeyd etdiyi "Gəlin unutmayaq ki, bir uşağın gülümsəmədiyi yer dünyanın ən gözəl şəhəri olsa belə, xarabalığa bənzəyir" , "Uşaqlara dağılmış divarlar yox, xəyallarını yaşada biləcəkləri təhlükəsiz bir dünya bəxş etməliyik"-kimi fikirlər qonaqları təsirləndirib.




Şuşa Dövlət Musiqili və Dram Teatrın quruluşçu baletmestri, Xarıbülbül rəqs qrupunun bədii rəhbəri, "Azərbaycan milli rəqsləri" kitabının müəllifi xoreoqraf, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin fəxri üzvü Amil Əhmədovun tələbəsi ilə birgə göstərdiyi rəqs nümayişi izləyicilərin böyük marağına səbəb olub.



Tədbirdə Azərbaycan və ingilis dillərində nitqlər, maraqlı diskussiya və ifalar olub. Həmçinin Mədəniyyət mübadiləsi çərçivəsində tədbir iştirakçıları üçün xüsusi master-klas təşkil olunub. Qabaqcıl təhsil işçisi, Azərbaycan Rəssamlar ittifaqının üzvü, Azərbaycan dövlət Pedoqoji kolkecininin müəllimi və RM art studionun direktoru, İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin fəxri üzvü Rəsmiyyə Mahmudovanın tələbələri ilə birgə təşkil etdiyi Master-klas zamanı qonaqlar həm əyləncəli anlar yaşayıb, həm də yaradıcı proseslərə yaxından bələd olublar.

Tədbirin sonunda xarici qonaqlara və iştirakçılara Azərbaycan mədəniyyətinin elementlərini özündə əks etdirən xüsusi xatirə hədiyyələri təqdim olunub. Qonaqlar göstərilən diqqətə və yüksək səviyyəli təşkilatçılığa görə minnətdarlıqlarını ifadə ediblər.

Tədbir "Arzuların Şəhərinə və Azərbaycana xoş gəlmisiniz!" şüarı və xatirə fotolarının çəkdirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki tədbir üç hissəli olub. Birinci hissədə canlı musiqi və rəqs nömrələri gələn qonaqların diqqətini cəlb edib. Maraqlı diskussiyalar alınıb. Daha sonra rəsmi və bədii hissə ilə davam edib. Tədbir başa çatdıqdan sonra isə birliyin könüllüləri xarici qonaqlarla maraqlı müzakirələr aparıb. Xarici qonaqlar Azərbaycan mədəniyyəti, qonaqpərvərliyindən danışaraq xoş təəssüratlarla ayrılıb.

https://youtube.com/shorts/FYtNnzmd3kc?si=xAhoYqr6WXoLxCA9











































SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB

    • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO