• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Dünya bazarlarında neft bahalaşıb
  • Əmtəə birjasında təbii qazın dəyəri artıb
  • Qızıl və gümüş ucuzlaşıb
  • "İstedadlar Akademiyası" layihəsi çərçivəsində Gədəbəydə Ustad dərsləri keçirildi

QHT “İstedadlar Akademiyası” layihəsinə start verib

Tarix: 4-05-2026, 17:17 |
  • facebookta paylaş
  • Share on Google+

"İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İstedadlar Akademiyası” layihəsinin icrasına başlayıb.
Qeyd edək ki, layihənin əsas məqsədi Bakı və Gədəbəy rayonundan olan istedadlı uşaqların aşkar edilməsi, onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətə tanıdılmasıdır. Bu çərçivədə məktəblərlə əməkdaşlıq ediləcək, seçilmiş uşaqlar üçün regionlarda təlimlər təşkil olunacaq.
Təlim proqramına rəsm, musiqi, rəqs, xanəndəlik, aşıq yaradıcılığı, qiraətçilik və instrumental musiqi alətlərində ifaçılıq sahələri daxildir. Eyni zamanda layihə müddətində uşaqlar üçün 7 motivasiya seminarı keçiriləcək və tanınmış yaradıcı şəxslərin iştirakı ilə onların inkişafına dəstək göstəriləcək.
Layihə çərçivəsində həm Gədəbəydə, həm də Bakıda ustad dərsləri və təqdimat tədbirləri təşkil olunacaq. Xüsusilə Bakıda rəsm, rəqs, xanəndəlik, aşıq yaradıcılığı, qiraətçilik və instrumental musiqi alətlərində ifaçılıq üzrə peşəkar ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Sonda Bakıda genişmiqyaslı yekun sərgi və konsert proqramı baş tutacaq. Tədbirdə iştirakçıların rəsm əsərləri nümayiş etdiriləcək, musiqi və rəqs çıxışları təqdim olunacaq.
Layihənin rəhbəri və birliyin sədri Vüsalə Sadıqova (Qələndərli) qeyd edib ki, bu təşəbbüs regionlarda yaşayan istedadlı uşaqların inkişafına, onların özünəinamının artırılmasına və gələcək yaradıcılıq karyeralarına mühüm töhfə verəcək.

SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Azərbaycandan səfərlər Gürcüstana 59,5 mln. dollar qazandırıb

    • Suriyadan Azərbaycana 16 nəfər repatriasiya edilib

    • Messi dahidir, amma bacarmadı, çünki... - Ekspert

    • Quba sakini kanalda boğularaq ölüb

    • Tennis Akademiyasında 48 yaşlı kişi ölüb

    • Qaradağda avtomobildən 19 800 manat oğurlanıb

    • Qazaxda ata və qızı göldə boğulub

    • Ağdərədə ər-arvadın avtoqəzada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb

    • Rusiya ordusu Odessaya raket zərbələri endirib: üç nəfər ölüb, yaralılar var - YENİLƏNİB

    • İyunda aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO