• Gündəm
  • Siyasət
  • Mədəniyyət
  • Dünya
  • Cəmiyyət
  • Hadisə
  • İqtisadiyyat
  • İdman
  • Müsahibə
  • Digər
    • Layihələr
    • Kriminal
    • Köşə
    • Foto
    • Video
  • Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi
  • Bakıya yağış yağacaq, bəzi rayonlara dolu düşəcək, temperatur 3-6 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Egey dənizində 4 bal gücündə zəlzələ olub
  • Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

“ICDL Workforce Teamwork” Layihəsi Çərçivəsində Təlimlərə Start Verildi

Tarix: 17-01-2026, 08:49 |
  • facebookta paylaş
  • Share on Google+

Müəllimlərin rəqəmsal bacarıqlarının artırılması və müasir tədris mühitinin formalaşdırılması məqsədi daşıyan “ICDL Workforce Teamwork” layihəsinin əsas mərhələlərindən biri olan təlimlərin icrasına başlanmışdır. Layihə çərçivəsində təşkil olunan təlimlər Sumqayıt şəhər C.Səfərov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlimçi Aygün Cəfərova tərəfindən həyata keçirilir.

Beynəlxalq ICDL standartlarına uyğun hazırlanmış proqram əsasında 30 müəllim üçün ümumilikdə 30 saatlıq üz-üzə təlimlər təşkil olunur. Təlimlər hər biri 15 nəfərdən ibarət qruplarla aparılır və gündə 3 saat olmaqla 10 gün ərzində keçirilir. Proqram həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla, müəllimlərin onlayn əməkdaşlıq alətlərindən səmərəli istifadə bacarıqlarını inkişaf etdirməyə yönəlib.



Təlimlər zamanı iştirakçılara virtual komanda mühitlərinin qurulması, onlayn əməkdaşlıq platformalarında effektiv ünsiyyətin təşkili, rəqəmsal alətlər vasitəsilə birgə işin planlaşdırılması və idarə olunması üzrə ətraflı bilik və bacarıqlar təqdim olunur. Müəllimlər əldə etdikləri bilikləri praktiki tapşırıqlar vasitəsilə möhkəmləndirir, real tədris situasiyalarına uyğun tətbiq etmə imkanları qazanırlar.

Eyni zamanda, iştirakçılar layihənin sonunda keçiriləcək beynəlxalq sertifikasiya imtahanına hazırlıq məqsədilə sınaq imtahanlarında və hazırlıq testlərində iştirak edirlər. Bu yanaşma müəllimlərin öz bilik və bacarıqlarını qiymətləndirməsinə, imtahan prosesinə daha inamla hazırlaşmasına şərait yaradır.

Layihənin icrası müəllimlərin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, məktəblərdə rəqəmsal əməkdaşlıq mədəniyyətinin formalaşmasına, dərs prosesində müasir texnologiyalardan məqsədyönlü və effektiv istifadənin genişlənməsinə xidmət edir. Bu isə nəticə etibarilə şagirdlər üçün daha interaktiv, çevik və innovativ tədris mühitinin yaranmasına imkan yaradır.










SON XƏBƏRLƏR

Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib
Azərbaycana qaz ixracı müzakirə edilib


SON XƏBƏRLƏR

    • Bu qidanın bir porsiyası xərçəng yaradır...

    • Tramp Hörmüz boğazının blokadasının sentyabra qədər davam edə biləcəyini deyib

    • Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

    • AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

    • Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

    • "Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib

    • İranın millisinə DÇ-2026-da iştirak üçün viza verildi

    • Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

    • Salyanda keçmiş məhkum 5 kq narkotiklə tutulub

    • Cəlilabadda qətl törədilib



ICXEBERLER.COM

Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

ICXEBERLER.COM
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
BÖLMƏLƏR
  • İQTİSADİYYAT
  • ŞOU-BİZNES
  • SAĞLAMLIQ
  • GÜDNDƏM
  • YAZARLAR
  • SİYASƏT
  • HADİSƏ
  • DÜNYA
  • İDMAN
  • TƏHSİL
  • VİDEO
  • FOTO